Yevlaxda "Kütləvi çıxarış" kampaniyası keçirilib

Noyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Yevlax rayionunda "Kütləvi çıxarış" kampaniyası keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, kampaniya rayonun bir neçə kəndini əhatə edib. Bu sosial tədbir nəticəsində 50 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.

Noyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Yevlax rayionunda "Kütləvi çıxarış" kampaniyası keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, kampaniya rayonun bir neçə kəndini əhatə edib. Bu sosial tədbir nəticəsində 50 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Bununla yanaşı həmin gün 30 sakindən gələcəkdə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib. Vətəndaşlara yerlərdə çıxarışlar təqdim olunmaqla yanaşı, həm də hüquqi yardım xidmətləri də göstərilib. 60-a yaxın sakin bu xidmətdən yararlanıb. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan əhalinin sualları Komitənin əməkdaşları tərəfindən cavablandırılıb. "Kütləvi çıxarış" kampaniyası zamanı evlərin ilkin qeydiyyatının aparılması vətəndaşların işini olduqca sadələşdirir. Belə ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. "Kütləvi çıxarış" kampaniyasında isə işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərinə uyğun ilkin qeydiyyat üçün birbaşa olaraq çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31