NBC News: Marko Rubio Pakistandakı danışıqlarda İranla razılaşmadan imtina edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio vitse-prezident Cey Di Vensin də iştirak etdiyi aprel ayında Pakistanda keçirilən danışıqlarda İranla saziş bağlamaqdan imtina edib. "NBC News" telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, amerikalı nümayəndələr Tehranın ehtimal olunan razılaşmanın şərtlərini dəyişməyə çalışdığını düşünüb və təlimat almaq üçün Rubioya zəng vurublar. Dövlət katibi İranın təklifini qəbul edə bilməyəcəklərini və sövdələşmənin baş tutmayacağını bildirib. 

Mənbələr qeyd edir ki, Rubio bu qeyri-populyar müharibə fonunda ön plana çıxmamağa çalışsa da, pərdəarxası danışıqlarda və Vaşinqtonun strategiyasının formalaşmasında əsas fiqurlardan biri kimi qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31