E.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aid kurqanlar AŞKAR EDİLDİ
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kəndinin yaxınlığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib.
17 Noyabr 2017 15:12 SosialAMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kəndinin yaxınlığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib.
Olaylar.az bildirir ki, torpaq örtüklü kurqanların diametri 45-50 m, üst örtüyünün saxlanılmış hündürlüyü isə 4-5 metrə çatır. Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir abidələrinə kəndin ərazisində tək-tək hallarda rast gəlinir. Kurqanların düzülüşü əsasən şərq-qərb istiqamətlidir.
İlkin ehtimala görə, abidələrin tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərinə, yəni, e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aiddir.