Danışıqlardakı hazırkı fəallıq münaqişənin həllinə yönəlməyib

“Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil”. Bu sözləri Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Rusiya prezidenti ilə son görüşünü şərh edərkən deyib. Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Ərdoğanın bu cümləsindən iki vacib nəticə çıxır: “Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik.

"Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil". Bu sözləri Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Rusiya prezidenti ilə son görüşünü şərh edərkən deyib. Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Ərdoğanın bu cümləsindən iki vacib nəticə çıxır: "Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib. Onda məntiqi sual doğur. Putin münaqişənin həlliylə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır, naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir?". Politoloqun qənaətincə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil: "Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır. Bu da işğalçı dövlətin maraqlarına cavab verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31