Siyavuş Novruzov: “Müdafiə naziri parlamentdə hesabat versə, onu hərə bir cür açıqlayacaq”
Milli Məclisdə “Prokurorluq haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Modern.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev sənəddə istintaq sirrləri istisna olmaqla, bütün digər işlər barədə Baş Prokurorluğun məlumat verməsi barədə müddəa əksini tapmasını təklif edib: “Baş prokuror, yaxud heç olmasa prokurorluğun bir nümayəndəsi ildə bir dəfə Milli Məclisin plenar iclasında gəlib məlumat verməsi barədə bənd əlavə edilsə, yaxşı olar”.
17 Noyabr 2017 14:52 SosialMilli Məclisdə "Prokurorluq haqqında" qanuna dəyişikliklər müzakirə edilib. Modern.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev sənəddə istintaq sirrləri istisna olmaqla, bütün digər işlər barədə Baş Prokurorluğun məlumat verməsi barədə müddəa əksini tapmasını təklif edib: "Baş prokuror, yaxud heç olmasa prokurorluğun bir nümayəndəsi ildə bir dəfə Milli Məclisin plenar iclasında gəlib məlumat verməsi barədə bənd əlavə edilsə, yaxşı olar". Deputat Siyavuş Novruzov isə bildirib ki, hesabatlılığın olması ümumi işin faydasınadır: "Bizim Konstitusiyada da göstərilir ki, hökumət parlament qarşısında hesabatlıdır. Lakin digər maddə də var ki, güc strukturları hökumətə daxil deyil, yalnız Ali Baş Komandan qarşısında hesabat verir. Təsəvvür edin ki, müdafiə naziri parlament qarşısında ümumi vəziyyət barədə hesabat verir. Onu hərə bir cür mətbuata açıqlayacaq. Ona görə də müharibə şəraitində buna ehtiyac yoxdur". Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.