“14-cü Beynəlxalq Nəqliyyat və Logistika” sərgisi keçirilib

Özbəkistanın paytaxtı Daşkənddə “14-cü Beynəlxalq Nəqliyyat və Logistika” sərgisi keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, sərgidə ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  tərkibinə daxil olan “ACSC Logistics” MMC təmsil edib.

Özbəkistanın paytaxtı Daşkənddə "14-cü Beynəlxalq Nəqliyyat və Logistika" sərgisi keçirilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, sərgidə ölkəmizi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin  tərkibinə daxil olan "ACSC Logistics" MMC təmsil edib. Sərgidə "ACSC Logistics" MMC-nin göstərdiyi xidmətlər barədə maraqlı şəxslər məlumatlandırılıb. Həmçinin, iştirakçılara xüsusi bukletlər paylanıb. Sərgi zamanı "ACSC Logistics" MMC-nin stendi xüsusi marağa səbəb olub. "TransUzbekistan" təcrübə mübadiləsi, rəqibləri müəyyənləşdirmək, yeni işgüzar əlaqələr qurmaq və bazarın son vəziyyətini öyrənmək baxımından unikal platformadır. Sərgiyə dünyanın 27 ölkəsindən təxminən 3568 qonağın qatılıb. Bu da tədbirin əhəmiyyətindən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31