Açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir. “Olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Reklam haqqında" qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Reklam haqqında" qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib. Qanunun 26.2-2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün reklam yayıcısı reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq məbləği həmin quruma ödəməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31