Ermənistan iqtisadi müharibədə Azərbaycana uduzub

Son vaxtlar həmsədr ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirilər. Türkiyənin proseslərə qatılması isə münaqişənin həllində naliyyətlərin əldə olunacağına ümidləri artırır. Maraqlıdır, hazırda baş verən proseslər, xüsusən münaqişə tərəflərinin xarici işlər nazirlərinin görüşü Dağlıq Qarabağ probleminin həllinə hansı töhvəsini verə bilər? “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, ABŞ-da Dağlıq Qarabağ məsələsinə o qədər maraq yoxdur: “Onların başı başqa məsələlərə qarışıb. İndi Amerikanı daha çox Ukraynada konflikt və Rusiyaya qarşı sanksiyalar, həmçinin, İran və Şimali Koreya ətrafındakı məsələlər və digər şeylər maraqlandırır.

İrəvanın yeganə çıxış yolu Azərbaycanla masa arxasına oturmaqdır

Son vaxtlar həmsədr ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirilər. Türkiyənin proseslərə qatılması isə münaqişənin həllində naliyyətlərin əldə olunacağına ümidləri artırır. Maraqlıdır, hazırda baş verən proseslər, xüsusən münaqişə tərəflərinin xarici işlər nazirlərinin görüşü Dağlıq Qarabağ probleminin həllinə hansı töhvəsini verə bilər? "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, ABŞ-da Dağlıq Qarabağ məsələsinə o qədər maraq yoxdur: "Onların başı başqa məsələlərə qarışıb. İndi Amerikanı daha çox Ukraynada konflikt və Rusiyaya qarşı sanksiyalar, həmçinin, İran və Şimali Koreya ətrafındakı məsələlər və digər şeylər maraqlandırır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı isə ciddi fəallıq yoxdur". Onun sözlərinə görə, ABŞ-ın rəsmi dairələri Dağlıq Qarabağ probleminin həllinə laqeydlik göstərir, "beyin mərkəzləri" isə bunun vaxtının hələ yetişmədiyini deyirlər: "ABŞ-dakı "beyin mərkəzləri" və tədqiqat institutlarının müəyyən fikirlər bildirir və öz məsləhətlərini verirlər. Lakin Dağlıq Qarabağ məsələsi ilə bağlı açıq-aşkar deyirlər ki, bu problemin həllinin vaxtı hələ gəlib çatmayıb. Deyirlər ki, istəyirik ki, sülhlə həll olunsun, amma hamısı gözləyir. Bir tərəfdən Azərbaycan ABŞ-la enerji və Əfqanıstanda antiterror əməliyyatlarında müttəfiqdir, lakin digər tərəfdən, onlar xarici siyasətdən ümumiyyətlə, fəallıq göstərmirlər.Çünki ABŞ-da prezident seçkilərindən sonra daxildə böyük ziddiyyətlər yaranıb. Prezident Donald Trampın fəaliyyəti ciddi tənqid olunur. İstefalar var. Ona görə də gözləyirlər ki, administrasiyada hər şey öz yerinə otursun, məsələlər aydınlaşsın. Gördüyünüz kimi də, orada çoxlu kadr dəyişikliyi baş verir, o cümlədən də Dövlət Departamentində. Ona görə də kimsə Dağlıq Qarabağ məsələsində mövqe bildirməyə cürət eləmir. Düzdür, ümumi fikirlər bildirirlər, amma konkret plan və ya təşəbbüs yoxdur. Onların arasında yalnız ATƏT-in Minsk qrupunun sabiq həmsədr diplomatı Riçard Hoqland səlahiyyətinin bitməsinə az qalmış demişdi ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməli, sonra Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalı, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır. Ondan sonra ciddi fikir söyləyən olmayıb, gözəçarpan fəallıq yoxdur".
Ekspertin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Rusiyanın böyük imkanları var. Bu isə onu göstərir ki, ehtimal ki, Ərdoğanla Putin arasında danışıqlar olub, amma onların məzmunu və nəticələri gizli saxlanılır: "Ərdoğanın bəyanatı o deməkdir ki, Dağlıq Qarabağın həllində dair danışıqlar prosesində aparıcı qüvvə məhz Rusiyadır. İkincisi, bu bəyanat Ermənistanı narahat etməyə bilməz. Çünki ermənilər da yaxşı anlayırlar ki, Ərdoğan durduğu yerdə bu sözü elə-belə deməz və bu Rusiya ilə pərdəarxası danışıqlarda əldə olunmuş hansısa nəticənin göstəricisidir. Proseslərin gedişi göstərir ki, hazırda Ermənistan uduzmuş haldadır. Ona görə də məhz Dağlıq Qarabağ problemini yaratması nəticəsində bütün regional iqtisadi layihələrdən kənarda qalmış Ermənistanda prezident Serj Sarkisyanı Gürcüstana Cavaxetiya bölgəsinə göndərib oradakı erməniləri Bakı-Tiflis-Qars dəmiryoluna əngəl yaratmaq üçün qızışdırmağa çalışırlar". E.Ələsgərovun fikrincə, aparılan pərdəarxası danışıqların nəticəsi bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi gedir. Bununla bağlı son olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Pərdə arxasında isə Rusiya və Türkiyə var. Düzdür, ATƏT-in Minsk qrupunda ABŞ və Fransa da yer alır, amma məncə onlar hazırda nisbətən kölgədə qalıblar. Çünki ABŞ konkret addım atmayınca Fransa da heç nə etmir. Amma Rusiya daha fəaldır və xarici işlər naziri Sergey Lavrovun son bəyanatları bunu bir daha sübut edir. Azərbaycan Türkiyə ilə birgə böyük iqtisadi layihələr həyata keçirir. Rusiya da bu layihələrdə iştirak etmək istəyir. İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan isə bu layihələrdən təcrid olunmuş vəziyyətdədir. Serj Sarkisyanın da Putinlə görüşmək istəməsinin səbəbi də görünür, Ermənistanın hansısa addımları atmağa vadar olmasıdır. Çünki 2018-ci ildə Ermənistandan hökumət dəyişikliyi olacaq. Prezident Serj Sarkisyanın bu dəfə baş nazir olacağı deyilir. Belə qarışıq vəziyyətdə Qarabağ məsələsində də dəyişiklik ola bilər.Bundan əlavə, Avropa Birliyi ilə Ermənistan arasında saziş imzalanmalıdır. Bu sazişdə Rusiyanın xeyrinə olmayan müddəalar yer ala bilər. Ola bilər ki, orada Qarabağa dair müddəalar da olsun. Çünki Azərbaycan da Avropa Birliyi ilə danışıqlar aparır. Anlaşma hazırlanır və orada da Dağlıq Qarabağla əlaqədar gözləntilərimiz var. Ümumilikdə, Dağlıq Qarabağ problemi ətrafında çox fəal olmasa da, pərdəarxası bəzi danışıqlar gedir. Bu məqamlar yəqin ki, Məmmədyarov-Nalbandyan görüşündən sonra özünü daha aydın şəkildə büruzə verəcək".
 Ekspert hesab edir ki, Soçidə Ərdoğanla Putin arasında Qarabağ konflikti ilə bağlı müzakirələrin getdiyi şübhəsizdir. Rusiya hazırda Azərbaycan üzərindən dəmir yollarının Ermənistandan keçməsində maraqlıdır. Bu, göstərir ki, Ərdoğan və Putin Soçidə Qarabağ məsələsindən yan keçməyiblər. Hazırda əsas məsələ bu iki dövlətin nizamnaməyə nəzərləri ilə bağlıdır. Rusiya və Türkiyə siyasi, hərbi və iqtisadi maraqlarının müzakirəsi kontekstində Bakının baxışını inkar edə bilməzlər. Qafqazdakı vəziyyət Moskva və Ankaranı Qarabağ probleminin həllində yaxınlaşdırır. Bakı üçün maraqlı olan Azərbaycanın maraqlarının üstün tutulmasıdır. Soçi görüşünün ardından Lavrovun Bakı və İrəvana səfəri təsadüfi deyil. Rusiyanın hazırda cənub istiqamətə böyük ehtiyacı var. Çünki Rusiyanın qərb istiqamətdə NATO, Baltikyanı ölkələr, Ukrayna və bəzi məsələlərdə Belarusla münasibətləri narahatedicidir. Hesab edirəm ki, Lavrovun Bakıya səfəri Rusiya və Türkiyə arasında Qarabağ danışıqlarının növbəti raundudur. Onun szölərinə görə, Azərbaycan və Ermənistan xarici işləri nazirləri səviyyəsində baş tutacaq növbəti görüşdə Qarabağ məsələsinin həllinin siyasi, iqtisadi və hərbi aspketləri gündəmdə olacaq. Ermənistan faktiki iqtisadi müharibədə Azərbaycana uduzub. İrəvan hazırda çıxış yolu axtarır. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla masa arxasına oturmaq və bəzi əraziləri geri qaytarmaqla əvəzində nəsə almaqdır. Nalbəndyanın "Dağlıq Qarabağ"ı təhlükəyə salmayan bəzi ərazilərin Azərbaycana qaytarılmasını" bəyanatı da məhz bunu nəzərdə tutur.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31