Ermənistan ordusunda əsgər çatışmamazlığı yaranıb

Təəssüflər olsun ki, başa vurmaqda olduğumuz 2017-ci ildə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir irəliləyişə nail olunmadı. Hərçənd bir neçə gün əvvəl Soçidə baş tutan Putin-Ərdoğan görüşünə böyük ümidlər bəslənsə də, sözügedən görüşdə problemin həlli istiqamətində ciddi bir addım atılacağı ehtimal olunsa da, lakin gözləntilər özünü doğrultmadı.

Təəssüflər olsun ki, başa vurmaqda olduğumuz 2017-ci ildə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir irəliləyişə nail olunmadı. Hərçənd bir neçə gün əvvəl Soçidə baş tutan Putin-Ərdoğan görüşünə böyük ümidlər bəslənsə də, sözügedən görüşdə problemin həlli istiqamətində ciddi bir addım atılacağı ehtimal olunsa da, lakin gözləntilər özünü doğrultmadı. Və iki ölkə prezidentlərinin mətbuata verdikləri açıqlamalardan anlaşılan o oldu ki, Putin və Ərdoğan Soçidə əsas etibarilə Suriya problemini müzakirə ediblər. Amma Ərdoğanın Rusiya səfərindən dərhal sonra Ermənistan prezidentinin şimal qonşumuza dəvət edilməsi yeni bir ehtimalı ortaya atıb. İddia edilir ki, mətbuata açıqlama verməmələrinə baxmayaraq Putin-Ərdoğan görüşündə Qarabağ məsələsi geniş müzakirə olunub və tərəflər problemin həlli istiqamətində ümumi razılıq əldə ediblər. Məhz əldə edilən razılığı Ermənistan tərəfinə çatdırmaq üçün işğalçı ölkənin prezidenti Serj Sərkisyan Rusiyaya dəvət edilib. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Sərkisyanın Rusiya səfəri tamam başqa məqsədə xidmət edir: "Ermənistan prezidentinin Rusiyaya səfəri "Ermənistan mədəniyyət " günlərininin açılışında iştirak etmək məqsədi daşısa da, səfərin əsas məğzi Qarabağ münaqişəsi, Ermənistana hərbi yardımlar və gələn il baş nazir kürsüsündə qalmaq məsləsinə bir daha aydınlıq gətirməkdir.  Çünki burada Kreml indiki baş nazir Karen Karapetyanada stavka edir. Karen Karapetyanı baş nazirliyə Rusiya gətirib və onun Ermənistanda missiyası Rusiyanın rolunu artırmaqdır. Qeyd edim ki, bu ayın 24- də Brüsseldə " Şərq Tərəfdaşlığının " növbəti sammiti keçiriləcək. Ermənistan bu sammit çərçivəsində Avropa İttifaqı ilə Çərçivə sazişi bağlayacaq. Sərkisyan bir daha Putinlə Ermənistan arasınada bağlanması gözlənilən çərçivə sazişinin detallarını müzakirə edəcək. Aydındır ki, Kremlin icazəsi olmadan Sərkisyan belə bir sazişə gedə bilməzdi. Sirr deyil ki, Ermənistanın xarici siyasəti Moskvadan aslıdır. Xüsusi olaraq Sərkisyanın Moskvaya özü ilə müdafiə nazirini aparması, Rusiya arasında yeni hərbi müqavilənin imzalanmasından xəbər verir.. Bu səfər çərçivəsində Rusiyanın verdiyi 200 və 100 milyon dollar məğbləğində hərbi texnikanın verilməsini sürətləndirilməsi müzakirə ediləcək". Politoloq deyib ki, Rusiyanın moderatorluğu ilə başladılan danışıqlar sürəcində müəyyən həll formuları var: "Rusiyanın bu həll variantlarının Yerevanın maraqlarına cavab verməsini qeyd etməliyik. Prinsip etibarı ilə Sərkisyanın bu səfərində əsas məqsəd gələn il özünün hakimiyyətdə qalmasına təminat almaqdır. Bu gün Ermənistanda siyasi hakimiyyətin müəyyən edilməsi rəsmi Kreml tərəfindən həyata keçirilir". Məhəmməd Əsədullazadə Sərkisyanın Moskva səfəri ərəfəsində Ermənistanda sosial yönümlü aksiyaların keçirilməsi də təsadüfi deyil. Politoloq hesab edir ki, Kreml işğalçı ölkədə bu kimi təxribatlara yol açmaqla Ermənistan hakimiyyətini Qərbə meyillilikdən yayındırmaq istəyir: " Məlumdur ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin kəskinləşməsi nəticəsində yerli əhalinin xaricə miqrasiyası nəticəsində demoqrafik durum kəskinləşib. Prezident Serj Sərkisyan ötən həftə hökumətin iclasında bu məsələyə diqqət çəkərək, əhali sayını 2040-cı ilə qədər 4 milyona çatdırılması üçün dövlət proqramının qəbul olunmasını vurğuladı. Hazırda Ermənistanda 2 milyona yaxın əhali yaşayır. Təbii ki, işğalçı ölkənin əhalisinin azalması, orduya çağırışa da mənfi təsir edir. Hazırda Ermənistan ordusunda ciddi şəkildə əsgər çatışmamazlığı yaşanır. Müddətdən artıq hərbi qulluqçuların saxlanması üçün maliyyə imkanları yetərli deyil. Baxmayaraq ki, 2018-cil dövlət büdcəsindən Ermənistan ordusu üçün vəsait artırılıb.  Ermənistan müdafiə nazirliyi orduda şəxsi heyətin çatışmamazlıq probleminə cüzi dəstək vermək üçün tələbələrə verilən "Əsgərlikdən möhlət hüququq" nu ləğv etdi. Təbii ki, bu qərara tələbələrin geniş narazılığı ilə qarşılandı. Göründyü kimi Ermənistanda dərin iqtisadi problem orduda ciddi şəkildə hiss olunmağa başlanılıb. Ermənistan Rusiyada asılı bir ölkədir və Sarkiyan öz hakimiyyəti naminə Moskvaya daha da reveranslar edibdir.  Tələbələrin Hokumət və Parlament qarşısında keçirdikləri mitinqlər göstərir ki, onlar bu ölkənin ordusunda xidmət etmək istəmirlər". Politoloq onu da vurğulayıb ki, son anda Ermənistan rəhbərliyi öz gələcək siyasi karyerası və hakimiyyətini qorumaq üçün Kremlin cızdığı xətlə hərəkət edəcək: "Onsuz da hazırda da Ermənistan məhz Kremlin diqtəsi ilə hərəkət edir"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31