Kritik Rusiya görüşmələri
Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatic fəallıqda daha çox Rusiyanın rolu qabarıq şəkildə özünü büruzə verir. Bir neçə gün əvvəl Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşdə ötəri də olsa Dağlıq Qarabağ mövzusuna toxunulması, ötən gün Ermənistan prezidenti Serj Sərkisyanın Moskvada rusiyalı həmkarı ilə keçirdiyi görüşdə problem ətrafında geniş fikir mübadiləsinin aparılması və ən son Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun şimal qonşumuza səfəri və orada ATƏT-in Minsk qrupunun həmsədərləri ilə görüşməsi də qeyd edilən istiqamətdə Moskvanın diplomatik fəallığının artmasının göstəricisidir.
17 Noyabr 2017 13:32 DünyaVə Qarabağ probleminin həllində artan diplomatik gedişlər
Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatic fəallıqda daha çox Rusiyanın rolu qabarıq şəkildə özünü büruzə verir. Bir neçə gün əvvəl Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşdə ötəri də olsa Dağlıq Qarabağ mövzusuna toxunulması, ötən gün Ermənistan prezidenti Serj Sərkisyanın Moskvada rusiyalı həmkarı ilə keçirdiyi görüşdə problem ətrafında geniş fikir mübadiləsinin aparılması və ən son Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun şimal qonşumuza səfəri və orada ATƏT-in Minsk qrupunun həmsədərləri ilə görüşməsi də qeyd edilən istiqamətdə Moskvanın diplomatik fəallığının artmasının göstəricisidir. Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın Qarabağ konfliktinin nizamlanması istiqmətində vasitəçiliyi hazırda intensivləşib. Onun sözlərinə görə, Rusiyanın masada real təkliflər paketi var: "Bu təkliflər paketi ictimaiyyətə açıqlanmasa da, Kremlin ideoloqu Aleksandr Dugin tərəfindən bir neçə dəfə səsləndirilib. Bu təkliflər paketində 5 rayonun qaytarılması müqabilində Azərbaycanın Rusiyanın planlarında yer alması və Qarabağda Rusiyanın "sülhməramlı qüvvələrinin" yerləşdirilməsidir.
Ötən ay İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müsbət irəlləyiş əldə olunmamasına baxmayaraq, danışıqlar prosesinin aparılması üçün müəyyən razılıq əldə olunub. Qeyd edim ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Minsk qrupunun həmsədrləri ilə birgə və ayrı-ayrılıqda görüşlər keçirir, bu istiqamətdə danışıqlar aparılır. Bu gün Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Moskvada Minsk qrupunun üzvüləri ilə görüşəcək. Qeyd edim ki, Ermənistan XİN rəhbəri Eduard Nalbandyan Moskvadadır. Dünən həmsədrlərlə görüşüb". Politoloq deyib ki, ATIƏT-in Minsk qrupunun həmsədrlərinin və XİN rəhbərlərinin Moskvada danışıqları aparması, şübhəsiz Rusiyanın irəli sürdüyü həll formuları ilə bağlıdır: "Bu həll variantalarına Kazan və Santk- Peterburqda əldə olunan razılaşmalarda daxildir. Rusiya danışıqlarda dominatlığını öz üzərinə götürməklə, danışıqları müəyyən çərçivəyə qədər aparması istisna edilmir. Bu ayın 13-də Soçidə Türkiyə və Rusiya prezidentləri görüşündə Qarabağ münaqişəsi müzakirə edilib. Amma, bu görüşdə Türkiyənin rolu qəbul edilsə də, həlledici missiya kimi Moskva problemi öz inhisarında saxlayır. Ona görədə burada Ərdoğanın ciddi rolu yoxdur. Rusiya Türkiyənin Cənubi Qafqazda siysi olaraq güclənməsini qəbul etməz. Bir neçə gündən sonra Sergey Lavrov Bakı və Yerevana gələcək. Segey Lavrov regiona konkret təkliflərlə gəlir. Bu təkliflər təssüf ki, konfliktin "Paket həllini" özündə əks etdirir. Ortada "Yenilənmiş Madrid prinsipləri" yoxdur. Madrid prinsipləri münaqişənin mərhələli həllini nəzərdə tutur. Görünür, "mərhələli həll" planı üzrə danışıqlar apaarılmır. Rusiya Azərbaycanı " Paket həll" variantına inandırmağa çalışır. Moskvada Minsk qrupunun həmsədrlərinin XİN rəhbərləri ilə birgə görüşündə "Paket həll" variantı müzakirə ediləcək. Hazırda Ermənistan bu həll variantına hazırdır. Bir müddət bunadan əvvəl, Ermənistan prezidenti güzəştlərdən danışmışdı. Hətta "ağrılı güzəşt" kimi tələbələrə xitabən vurğulamışdı. Bu güzəştlər, əsasən 5 rayonun Azərbaycana verilməsindən gedir. Əvəzində isə Kəlbəcər, Laçın isə qeyri-müəyyən vaxtda kimi Ermənistanın nəzarətində qalır, Qarabağa aralıq status məsələsi müzkirə predmeti olur, rus sülhmərmlıları Qarabağda yerləşdirilir". Politoloqun sözlərinə görə, hazırda aparılan müzakirələr Azərbaycanın ərazi bütövlüyünü təhdid edir: "İki rayon və Qarabağ inzibati sərhədləri daxilində Azərbaycandan kənar saxlanılır. Rus sülhməramlı qüvvələr regionda yerləşdirilməklə, birdəfəlik ərazilər əlimizdən çıxa bilər. Rusiya, hazırda çox ciddi şəkildə "Paket həllini" Azərbaycana sıramağa çalışır. Azərbaycan Rusiyanın bu təkliflər paketindən imtina etməli, "Mərhələli həll" planını üzrə danışıqların aparılmasını tələb etməlidir. Azərbaycan danışıqlar aparsada "Paket Həll" variantını qəbul etməyəcək. Növbəti danışıqlar raundunun növbəti faiskosu gözlənilir".
Füzuli