Oqtay Əsədov: "Cümhuriyyətlə bağlı işlər gedir, yaxın zamanda nəticəsini görəcəksiniz”

“Bildiyimiz kimi bu gün Cümhuriyyətin 100 illik lubileyidir. Bununla bağlı tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün dövlət başçısı öz həssas mövqeyini göstərdi”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Fazil Mustafa deyib. F.Mustafa Cümhuriyyətin yubileyi ilə lazımı münasibətin olmadığını bildirib: “Ancaq hesab edirəm ki, biz hələ millət olaraq bu həssaslığı göstərə bilmirik. Artıq yubileyinin keçirilməsinə 6 ay qalıb. Qonşu ölkələrin yanaşması bizdən daha fərqlidir. Cümhuriyyətin yaranmasının birbaşa 2 şəxsin adı ilə bağlıdır. Bunlardan birincisi Məmməd Əmin Rəsulzadədir. Digəri isə Nuru Paşadır ki, Qüdərt Həsənquliyevlə birgə müraciət etdik, ancaq hələ ki, Nuru Paşanın abidəsi qoyulmayıb. Rəsulzadənin isə yaşadığı evin vəziyyəti ürəkaçan. Bəs biz bu iki şəxsiyyətlə bağlı nə etmişik? Hesab edirəm ki, bu suala biz cavab verməyə hazır deyilik”.

"Bildiyimiz kimi bu gün Cümhuriyyətin 100 illik lubileyidir. Bununla bağlı tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün dövlət başçısı öz həssas mövqeyini göstərdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Fazil Mustafa deyib. F.Mustafa Cümhuriyyətin yubileyi ilə lazımı münasibətin olmadığını bildirib: "Ancaq hesab edirəm ki, biz hələ millət olaraq bu həssaslığı göstərə bilmirik. Artıq yubileyinin keçirilməsinə 6 ay qalıb. Qonşu ölkələrin yanaşması bizdən daha fərqlidir. Cümhuriyyətin yaranmasının birbaşa 2 şəxsin adı ilə bağlıdır. Bunlardan birincisi Məmməd Əmin Rəsulzadədir. Digəri isə Nuru Paşadır ki, Qüdərt Həsənquliyevlə birgə müraciət etdik, ancaq hələ ki, Nuru Paşanın abidəsi qoyulmayıb. Rəsulzadənin isə yaşadığı evin vəziyyəti ürəkaçan. Bəs biz bu iki şəxsiyyətlə bağlı nə etmişik? Hesab edirəm ki, bu suala biz cavab verməyə hazır deyilik".
Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına cavab olaraq deyib ki, həm cümhuriyyətin, həm də parlamentin yüz illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib: "Milli Məclis prezidentin sərəncamından dərhal sonra lazımi işlərə başlayıb. Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. İşlər gedir. Yaxın zamanda nəticəsini görəcəksiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31