Putin Ermənistana təzyiq etmək istəmir” - Rasim Musabəyov
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid etmir. Ərdoğan bu barədə türkiyəli jurnalistlərə açıqlamasında deyib: “Cənab PutinləQarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlıBMT TŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin o, çox da ümidli deyil. Məncə, bu, iki tərəf arasındakı münasibətlərlə əlaqədardır”.
17 Noyabr 2017 12:04 SiyasətTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid etmir. Ərdoğan bu barədə türkiyəli jurnalistlərə açıqlamasında deyib: "Cənab PutinləQarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlıBMT TŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin o, çox da ümidli deyil. Məncə, bu, iki tərəf arasındakı münasibətlərlə əlaqədardır".
Ərdoğanın çıxışını şərh edən millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, bu mövqe Rusiyanın Ermənistana təzyiq etmək istəmədiyi anlamına gəlir: "Ermənilərin inadkarlığı Rusiyadan qidalanır. Vladimir Putinin mövqeyi o anlama gəlir ki, Rusiya erməniləri ağıllandırmaq üçün təzyiq etmək istəmir".
Millət vəkili vəziyyətdən iki çıxış yolunun olduğunu bildirib: "Ya biz bu vəziyyətlə barışmalıyıq, ya da ruslar görməlidirlər ki, Azərbaycan Ermənistanı əzməyə qadirdir. Münaqişənin həll olunmaması Rusiyaya baha başa gəlməlidir". AzVision.az