Türkiyədə terrorçulara məxsus 3 tona yaxın partlayıcı aşkarlanıb

Türkiyənin Van əyalətinin Muradiyə rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçu PKK qruplaşmasına məxsus 2 ton 775 kq partlayıcı maddə aşkarlanaraq götürülüb. Bu barədə Muradiyə rayon Polis İdarəsi məlumat yayıb.

Əməliyyat Van əyalətinin Muradi rayonunun Babacan məhəlləsinin dağlıq ərazisində keçirilib. Nəticədə sənaye üsulu ilə hazırlanmış və ümumi çəkisi 150 kq. olan 15 ədəd ammonium-nitratla gücləndirilmiş kabel, partladılmaq üçün hazırlanmış 2 ton əldəqayırma partlayıcı və s. müsadirə olunub. "Report" "Haber7"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31