Məktəblilərin tarixi məkanlara ekskursiyası təşkil edilir

Noyabrın 16-dan ümumi təhsil məktəblərində payız tətili başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin payız tətilini səmərəli, maraqlı və əyləncəli təşkil etmək üçün tədbirlər həyata keçirilir.

Noyabrın 16-dan ümumi təhsil məktəblərində payız tətili başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin payız tətilini səmərəli, maraqlı və əyləncəli təşkil etmək üçün tədbirlər həyata keçirilir. Tətil günlərində məktəblilər üçün maarifləndirici tədbirlər, YARAT Müasir İncəsənət  Mərkəzinə ekskursiyalar təşkil edilir. Fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalar qısa mühazirə və bir sıra yaradıcı oyunlardan ibarətdir. Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə tarixi məkanlara ekskursiyalar da təşkil olunur. Məqsəd şagirdlərin asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaq, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Ümumi təhsil məktəblərində tətildən sonra ilk dərs günü noyabrın 21-də olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31