18 min nəfərin gediş-gəlişi yaxşılaşıb

Ağstafa rayonunn Ağstafa-Köşəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqıda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir.

Ağstafa rayonunn Ağstafa-Köşəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqıda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azəravtoyol" ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, sözügedən avtomobil yolu artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir. Ağstafa-Köçəsgər avtomobil yolunun layihə uzunluğu 15.5 km-dir. Bura 3 km uzunluğunda Qırlı-Eynallı avtomobil yolu da daxildir. Layihəyə uyğun olaraq yol 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. 7 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxil olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Sözügedən avtomobil yolu ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranmışdır. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılıb. Ümumilikdə yolun 100 min m 2  - dən çox  ərazisinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt - beton örtük döşənib. 

Aparılan tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün 18 ədəd müxtəlif diametrli suötürücü borular qoyulub, 2 mövcud avtomobil körpüsündə isə təmir işləri aparılıb. Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə  yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31