Gündəm

Baba Vəziroğlu ilə görüş

16 Noyabr 2017 20:55

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində Auditoriya+ proqramı çərçivəsində Əməkdar incəsənət xadimi, görkəmli şair Baba Vəziroğlu ilə “Gənclik və şeir” mövzusuna həsr olunmuş görüş keçirilib. Olaylar.az bildirir ki, Baba Vəziroğlu məşhur şeirlərini tələbələr üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.

Mosul şəhərindəki kitabxanalara 365 kitab göndərildi

16 Noyabr 2017 20:52

AMEA Mərkəzi Elmi Kitabxanası İraq Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə əsasən 365 sayda kitabı Mosul şəhərindəki kitabxanalara göndərib. Olaylar.az bldirir ki, kitablar İraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi xanım Enas Abdul Kadhim Mohammed Al-Khazrajiyə təqdim olunub. Təqdim olunan kitablar arasında elm, mədəniyyət, ədəbiyyat və tarix mövzularında olan kitablar üstünlük təşkil edib.

Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək

16 Noyabr 2017 20:47

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri gözlənilir. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın verdiyi məlumata görə, nazir dekabrın 1-də Bakıda keçiriləcək “Asiyanın qəlbi” – İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməyi planlaşdırır. Bakıdakı nazirlər toplantısının əsas mövzusu “Asiyanın qəlbi” regionunda təhlükəsizlik və iqtisadi əlaqələr sahəsi olacaq.

Dünya çempionu qızıl medalını hərraca çıxardı

16 Noyabr 2017 20:44

İranlı Olimpiya çempionu Kianouş Rüstəmi ölkəsində baş verən 7,3 bal gücündəki zəlzələdən sonra xalqına dəstək olmaq üçün qızıl medalını hərraca çıxarıb. "Rio 2016" çempionluğunda yarışan atlet bu təşəbbüsünü instaqram vasitəsilə bildirib. O, zəlzələdən ən çox təsirlənən Kirmanşahda özünün də evinin olduğunu xatırladıb və “Rio 2016-da qazandığım qızıl medalı əsl sahiblərinə - xalqıma geri qaytarıram. Hərracdan əldə ediləcək gəlirlərin hamısı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün istifadə ediləcək” şərhini yazıb.

SABAH İcra Komitəsinin rəhbəri tələbələrlə görüşüb

16 Noyabr 2017 20:16

Noyabrın 16-də Azərbaycan Dillər Universitetinin SABAH qruplarında təhsil alan tələbələrin SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə ilə görüşü olub. Olaylar.az bildirir ki, SABAH İcra Komitəsinin rəhbəri ADU tələbələri ilə mütəmadi olaraq görüşlərin keçiriləcəyini və bu görüşlərdə SABAH qruplarında təhsil alan tələbələri maraqlandıran müxtəlif mövzulara toxunulacağını qeyd edib:

Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş konfrans 

16 Noyabr 2017 20:15

16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar olaraq  Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan Tolerant Cəmiyyətin Nümunəvi Modeli kimi” adlı konfrans keçirilib. Olaylar.az bildirir ki, universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva 2016-cı ildə Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam haqqında, “Multukultiralizm ili” ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi barədə məlumat verib.

Şabranda diskussiya

16 Noyabr 2017 20:10

Noyabrın 16- da Şabran şəhər Mədəniyyət Sarayında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin və birgə təşkilatçılığı ilə “Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər” mövzusunda diskussiya həyata keçirildi. Olaylar.az bildirir ki, diskussiyada İdarənin nəzdində olan mədəniyyət mərkəzləri, digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin rəhbərlərinin, habelə yerli ictimaiyyət nümayəndələrinin iştirak etmişlər.

Super modelin incə belinin sirri: "Bunu hər gün etməsəm, özümü insan hesab etmərəm..."

16 Noyabr 2017 20:00

Bu il Şanxayda keçiriləcək "Victorias Secret"in şousunda çıxış etməyə hazırlaşan Bella Hadid ideal formada qalmasının sirrini açıb. Oxucuları modelin sağlamlıq və gözəllik sirləri ilə tanış edirik. İlk növbədə onu qeyd etmək lazımdır ki, qırmızı xalçada cəsarətli libasları ilə poza verməyi sevən super model keçən il "Victorias Secret" dəfiləsində iştirak etmək üçün gecə-gündüz məşq edib, ağır pəhrizlər saxlayıb. Bellanın debütü tənqidsiz ötüşməyib.

Günel nişanını qaytarıb?

16 Noyabr 2017 19:51

"Gecələr serial çəkilişləri aparılır. Səhər isə çalışdığım teatra yollanıram. Düzdür yoruluram. Amma sənəti sevdiyimdən işə məsuliyyətlə yanaşıram". Bu sözləri  aktrisa Günel Məmmədova deyib. "Laləli saray" serialında rol alan aktrisa işlərindən danışıb. Şəxsi həyatından söz açan Günel nişanlısından ayrılma xəbərlərinə münasibət bildirib: "Əslində nişanım yox, "həri"m olub. ikimizində işləri, planları var. Onları yerinə yetirib, sonra toy edəcəyik. Səhv etdim ki, sevincimi sosial şəbəkədə paylaşdım. Belə edəndə neqativ hallar çox olur, adamın arxasınca danışırlar. Nişanım qayıtmayıb. Həyatda hər şey ola bilər, amma ayrılmamışıq. 

Dodaq çatlarını sağaldan TƏBİİ KREM

16 Noyabr 2017 19:47

Dodaqlarınızı soyuq hava və çatlardan qorumaq üçün təbii yollardan istifadə edin. Bununla bağlı fərqli resept təqdim edirik.

Nigar Camaldan ETİRAF: "Üçüncü dəfə ana olmaq istəyirəm"

16 Noyabr 2017 19:41

"Dekabr ayında filmimizin qala gecəsi olacaq. İlk dəfədir ki, bu filmdə baş rolu canlandırıram. Bundan öncə Türkiyənin "Yahşi cazibe" serialında rol almışdım. Çox istərdim ki, insanların xoşuna gəlsin". 

Dünyanın ən zəhərli heyvanları - FOTOLAR

16 Noyabr 2017 19:36

İlanlardan hörümçəklərə, qarışqalara kimi bir çox həşəratlar və heyvanlar zəhərlidir. Buna görə də əksər insanlar nəinki onlarla qarşılaşmaq, hətta adları gələndə belə qorxduqlarını dilə gətirirlər. Sizi dünyanın ən zəhərli heyvan və həşəratları ilə tanış edirik.

“Emirates” aviaşirkəti təyyarədə ən sürətli “Wi-Fi” şəbəkəsini istifadəyə verəcək

16 Noyabr 2017 19:30

“Emirates” aviaşirkəti “Thales” kommunikasiya şirkəti ilə birlikdə 2020-ci ilədək təyyarə reyslərində internetin sürətini dəfələrlə artırmaq niyyətindədir. Bu, “GX Aviation” məlumat ötürmə texnologiyasının tətbiqi sayəsində mümkün olacaq.    

Çin dünyanın 500 ən güclü superkompüteri reytinqində liderdir

16 Noyabr 2017 19:26

Çinin “Sunway Taihulight” və “Tianhe-2” superkompüterləri ardıcıl dördüncü dəfə dünyanın 500 ən güclü superkompüteri reytinqində birinci və ikinci yeri tutub. Bundan başqa, ölkə reytinqdə təqdim edilən superkompüterlərin ümumi sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci olub. Yeni reytinqdə Çin 202 superkompüterlə təmsil olunduğu halda ABŞ superkompüterinin sayı 144-dək azalıb.  

İnsanların beyninə çip implantasiya etməklə onların yaddaşını yaxşılaşdırıblar

16 Noyabr 2017 19:20

Alimlər tarixdə ilk dəfə pasiyentin beyninə elektron çip implantasiya etməklə onun yaddaşını yaxşılaşdırmağa müvəffəq olublar. Cənubi Kaliforniya Universitetinin biomühəndisi Ton Son tərəfindən yaradılmış "yaddaş üçün protez" insan yaddaşını yüksək effektivliklə möhkəmləndirən ilk populyar qurğudur.