Dodaq çatlarını sağaldan TƏBİİ KREM

Dodaqlarınızı soyuq hava və çatlardan qorumaq üçün təbii yollardan istifadə edin. Bununla bağlı fərqli resept təqdim edirik.

Dodaqlarınızı soyuq hava və çatlardan qorumaq üçün təbii yollardan istifadə edin. Bununla bağlı fərqli resept təqdim edirik.

Dodaq kremi üçün lazım olanlar:

3 çay qaşığı bal mumu (rəndələnmiş)

1 çay qaşığı bal

30-35 damcı nar suyu

6 çay qaşığı kakos yağı 

Krem qabı

Hazırlanması:

Bal mumu və kakos yağını bir qaba tökün və qaynayan suyun buxarında əridin. Daha sonra nar suyunu və balı əlavə edin. Yaxşıca qarışdırın və təmiz krem qabına yığın. Bu təbii kremi hər gün dodaqlarınıza sürtsəniz, çatlardan xilas olarsınız.  Ailem.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31