Şabranda diskussiya
Noyabrın 16- da Şabran şəhər Mədəniyyət Sarayında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin və birgə təşkilatçılığı ilə “Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər” mövzusunda diskussiya həyata keçirildi. Olaylar.az bildirir ki, diskussiyada İdarənin nəzdində olan mədəniyyət mərkəzləri, digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin rəhbərlərinin, habelə yerli ictimaiyyət nümayəndələrinin iştirak etmişlər.
16 Noyabr 2017 20:10 MədəniyyətNoyabrın 16- da Şabran şəhər Mədəniyyət Sarayında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin və birgə təşkilatçılığı ilə "Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər" mövzusunda diskussiya həyata keçirildi.
Olaylar.az bildirir ki, diskussiyada İdarənin nəzdində olan mədəniyyət mərkəzləri, digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin rəhbərlərinin, habelə yerli ictimaiyyət nümayəndələrinin iştirak etmişlər.
Tədbirin məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsi, xalq teatrları və dərnəklər arasında əlaqələrin genişləndirilməsidir.
Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xalidə Əsgərova, Elmi-Metodiki mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, Şabran rayon üzrə nümayəndəsi Əhməd Səmədov çıxış ediblər.
Tədbirdə həmçinin Şabran rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dram dərnəyinin hazırladığı "Cəsurlar" uşaq tamaşası nümayiş etdirildi.