Baba Vəziroğlu ilə görüş

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində Auditoriya+ proqramı çərçivəsində Əməkdar incəsənət xadimi, görkəmli şair Baba Vəziroğlu ilə “Gənclik və şeir” mövzusuna həsr olunmuş görüş keçirilib. Olaylar.az bildirir ki, Baba Vəziroğlu məşhur şeirlərini tələbələr üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində Auditoriya+ proqramı çərçivəsində Əməkdar incəsənət xadimi, görkəmli şair Baba Vəziroğlu ilə "Gənclik və şeir" mövzusuna həsr olunmuş görüş keçirilib. Olaylar.az bildirir ki, Baba Vəziroğlu məşhur şeirlərini tələbələr üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.

ADU tələbələri Baba Vəziroğlunun şeirlərinə bəstələnmiş mahnıları ifa edib, şeirlərini səsləndiriblər.

Görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu gəncləri maraqlandıran sualları cavablandırıb.

ADU-nun rektor məsləhətçisi Anar Osmanlı çıxışında nəğməkar şair Baba Vəziroğlunun yaradıcılığının Azərbaycan poeziyası üçün əhəmiyyətindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31