Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş konfrans
16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar olaraq Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan Tolerant Cəmiyyətin Nümunəvi Modeli kimi” adlı konfrans keçirilib. Olaylar.az bildirir ki, universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva 2016-cı ildə Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam haqqında, “Multukultiralizm ili” ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi barədə məlumat verib.
16 Noyabr 2017 20:15 Mədəniyyət16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar olaraq Mədəniyyət və İncəsənət Universitetində "Azərbaycan Tolerant Cəmiyyətin Nümunəvi Modeli kimi" adlı konfrans keçirilib.
Olaylar.az bildirir ki, universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva 2016-cı ildə Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam haqqında, "Multukultiralizm ili" ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçirilməsi barədə məlumat verib. Kulturologiya fakültəsinin dekanı, dosent Vasif Adilov da öz növbəsində Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransda Rəssamlıq fakültəsinin magistrı Gülşən Qasımova, Musiqi sənəti fakültəsinin magistrı Səbinə Əliyeva, Kulturologiya fakültəsinin magistrı Orxan Məmmədli, Kino və televiziya fakültəsinin magistrları Razim Salmanov, Abbasağa Əlizadə məruzələrlə çıxış ediblər.