Çin dünyanın 500 ən güclü superkompüteri reytinqində liderdir

Çinin “Sunway Taihulight” və “Tianhe-2” superkompüterləri ardıcıl dördüncü dəfə dünyanın 500 ən güclü superkompüteri reytinqində birinci və ikinci yeri tutub. Bundan başqa, ölkə reytinqdə təqdim edilən superkompüterlərin ümumi sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci olub. Yeni reytinqdə Çin 202 superkompüterlə təmsil olunduğu halda ABŞ superkompüterinin sayı 144-dək azalıb.  

Çinin "Sunway Taihulight" və "Tianhe-2" superkompüterləri ardıcıl dördüncü dəfə dünyanın 500 ən güclü superkompüteri reytinqində birinci və ikinci yeri tutub.
Bundan başqa, ölkə reytinqdə təqdim edilən superkompüterlərin ümumi sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci olub. Yeni reytinqdə Çin 202 superkompüterlə təmsil olunduğu halda ABŞ superkompüterinin sayı 144-dək azalıb.  
 
Qeyd edək ki, dünyanın 500 ən güclü superkompüteri reytinqi ildə iki dəfə dərc olunur. Liderlər sırasında yenidən yer alan Çinin "Sunway Taihulight" və "Tianhe-2" superkompüterlərinin məhsuldarlığı müvafiq olaraq 93 petaflops və 33,9 petaflops (1 petaflops - saniyədə 1 kvadrilyon əməliyyat) təşkil edir. "ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31