Gündəm
Smartfon əlavəsi səsə görə avtomobilin nasazlığını müəyyənləşdirəcək
Massaçusets Texnologiya İnstitutunun alimləri avtomobilin işlək hissəsinin səsinə görə ona təmir və ya xidmətin tələb olunmasını müəyyənləşdirən smartfon əlavəsi yaradıblar. Məsələn, əlavə ön sol təkərin hava ilə doldurulması, hava filtrinin bir həftədən sonra dəyişdirilməsi və ya avtomobilin yeni alışdırma şamlarına ehtiyacı olması barədə xəbər verir. Bununla yanaşı, smartfon üçün avtomobilin diaqnostik sistemləri ilə birləşməsi tələb olunmur. Belə ki, tərtibatçıların sözlərinə görə, proqram avtomobillərin texniki təchizatından asılı olmayaraq onların diaqnostikasını aparmağa imkan verəcək.
Bill Qeyts “ağıllı” şəhərin inşasına 80 milyon dollar xərcləyəcək
“Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsin sahibi olduğu “Cascade Investment” investisiya qrupuna məxsus “Belmont Partners “şirkəti Arizona ştatında Finiks şəhərinin qərbində yeni “ağıllı” Belmont şəhərinin tikintisi üçün böyük torpaq sahəsi alıb. Milyarder layihəyə 80 milyon dollar investisiya qoyub.
Vüsalə Kərimova: "Bəzi aparıcılar tamaşaçını özündən iyrəndirir"
Aparıcı Vüsalə Kərimova bəzi həmkarlarını qınayıb. Vüsalə maraqlı fikirlər bildirib: "Telekanallarımızda bir neçə verilişlər var ki, bəyənmirəm. Həmin layihələri də pis hala salan aparıcılardır. Bu sözlərimə görə, heç bir həmkarım məndən inciməsin. Efirdə düşüklük edən aparıcılarımız çoxdur.
Türkiyə 2 şəhid verdi - İraqın şimalında əməliyyat
İraqın şimalında PKK terror təşkilatına qarşı Türkiyə hərbi qüvvələrinin apardığı əməliyyatlarda 2 türk hərbçisi şəhid olub. Məlumata görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində daha bir türk əsgəri isə yaralanıb.
Songülü borca keçmiş əri salıbmış
Müğənni Songül Karlı borcu olduğu üçün evinin əşyalarının müsadirə olunması xəbərlərinə münasibət bildirib. İfaçı borcun ona yox, keçmiş ərinə aid olduğunu bilidirib.
Arıqlamaq üçün mədəsini kiçildəcək
Həbsxanadan çıxdıqdan sonra artıq çəkilərindən xilas ola bilməyən müğənni Dəniz Seki mədəkiçiltmə məliyyatına girəcək. İfaçı mədəsini kiçiltməklə yanaşı, bağırsağının mədəyə yaxın hissəsindən 1 metr kəsdirəcək.
Adriana Limadan gözlənilməz qərar
Braziliyalı model Adriana Lima karyerası ilə vidalaşır. Model Çinin Şanxay şəhərində keçiriləcək dəfiləsindən sonra modelliyə son qoyacaq.
"Barselona" argentinalı ulduza müddətsiz müqavilə hazırlayır
"Barselona" Lionel Messi ilə müddətsiz müqavilə imzalamaq istəyir. Tərəflər artıq 2021-ci ilə kimi nəzərdə tutulmuş yeni sözləşməyə imza atıblar. La Liqa prezidenti Xavyer Tebas da son açıqlamasında bu barədə məlumat aldığını bildirmişdi.
Bu ölkədə morqlar bağlanır - SƏBƏB?
Meksikanın ən təhlükəli ştatlarından hesab olunan Gerrero ştatında normadan artıq dolmuş morqlar bağlanır. Məlumata görə, əməkdaşlar çürüməkdə olan meyitlərin arasında qala bilmədikləri üçün iş yerlərini tərk edirlər.
Həkimlər 10 saatlıq əməliyyatdan sonra siam əkizlərini belə ayrıdılar - VİDEO
Ötən ay həyata keçirilən siam əkizlərinin əməliyyatı uğurla nəticələnib. On nəfər həkim briqadası və on saatlıq əməliyyatdan sonra bitişik doğulan siam əkizlərini bir-birindən ayıra biliblər. Əkizlər bir il beş aylıq olublar. Əməliyyat "Bambino Djesu" özəl klinikasında həyata keçirilib.
Bu ölkədə at həbs edildi - Video
Braziliyada avtomobili zədələdiyi üçün at həbs olunub. Bu barədə məlumatı “Globo” xəbər portalı yazıb. Atın sahibi Uilyams Frasişku duş Santuş atla gəzən zaman bir neçə şəxs onlara yaxınlaşaraq ata minmək istədiyini bildiriblər.
Yunanıstanda daşqınlar 1 nəfəri "itirdi", 16 nəfəri öldürdü
Yunanıstanda güclü yağışların yaratdığı daşqınlar nəticəsində paytaxt Afina ətrafında ölənlərin sayı 16 nəfərə çatıb. Məlumata görə, daha 20 nəfərin müxtəlif xəsarətlər aldığı, 1 nəfərin isə daşqınlarda itkin düşdüyü bildirilib.
İlham Quliyev: “"Reket" jurnalistlər artıq internet mediaya transfer ediblər”
“"Reket" jurnalistika ilə bağlı çox ciddi problemlər var. Uzun illərdir ki, "reket" jurnalistika ilə bağlı müzakirələr gedir”. Bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib.
Siyavuş Novruzov: "YAP-ın üzvləri müstəqil Azərbaycanın inkişafında aktiv iştirak edirlər"
"Ötən 25 il ərzində Azərbaycan böyük inkişaf yol keçib. Bu illər xalqımızın şərəfli tarixidir. 1992-ci ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının dövlətimizin müstəqilliyimizin qarantı kimi yaradıldı. YAP-ın yaradılmasının 25 illik yubiley mərasimində çıxışında partiyamızın Sədri, cənab Prezident İlham Əliyev ötən illər ərzində qazanılan nailiyyətləri, partiyamızın fəaliyyətini çox yüksək qiymətləndirdi". Məlumata görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Prezident İlham Əliyev Xırdalana 3 milyon manat ayırdı
Prezident İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.














