Həkimlər 10 saatlıq əməliyyatdan sonra siam əkizlərini belə ayrıdılar - VİDEO

Ötən ay həyata keçirilən siam əkizlərinin əməliyyatı uğurla nəticələnib. On nəfər həkim briqadası və on saatlıq əməliyyatdan sonra bitişik doğulan siam əkizlərini bir-birindən ayıra biliblər. Əkizlər bir il beş aylıq olublar. Əməliyyat "Bambino Djesu" özəl klinikasında həyata keçirilib.

Ötən il doğulan körpələrin yaşama şansının olmadığını deyən həkimlərin sözlərindən sonra valideynləri yardım üçün sosial şəbəkədə elan verib. Yarım ildən sonra Fransa fondunun iqtisadi dəstəyi sayəsində siam əkizlərinin əməliyyatı İtaliyada həyata keçirilib.
İndi hər iki körpə özlərini yaxşı hiss edirlər. Olaylar.az moderator.az-a istinadən siam əkizlərinin foto və videosnu təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31