İlham Quliyev: “"Reket" jurnalistlər artıq internet mediaya transfer ediblər”

“"Reket" jurnalistika ilə bağlı çox ciddi problemlər var. Uzun illərdir ki, "reket" jurnalistika ilə bağlı müzakirələr gedir”. Bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib.

""Reket" jurnalistika ilə bağlı çox ciddi problemlər var. Uzun illərdir ki, "reket" jurnalistika ilə bağlı müzakirələr gedir". Bunu "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev bildirib.

Onun sözlərinə görə, Mətbuat Şurası da bununla bağlı "qara siyahı" hazırlamışdır və o "qara siyahı" bir az effekt verirdi: "Demək olar ki, son illər "reketlər" internet mediaya transfer ediblər. Reketçiliklə məşğul olanların sayəsində çox acınacaqlı bir durum yaranıb. Demək olar ki, reketçiliklə məşğul olan insanların fəaliyyəti Azərbaycan mətbuatını gözdən salır. Jurnalistlərin cəmiyyətdəki nüfuzunu aşağlayır. Bu şəxslərə qarşı gözdən salan ancaq, jurnalistikada öz şəxsi maraqları üçün istifadə edən bu kirminal ünsürlərə qarşı mübarizə gücləndirilməlidir. Son vaxtlar, Mətbuat Şurası bir necə reket sayıtı "qara siyahı"ya salıb. Amma biz bilirik ki, bu "qara siyahı" ictimai qınaq mahiyyəti daşıyır. Reket jurnalistika ilə bağlı atılacaq addımlara bir hüquqi əsas vermir. Amma ümumilikdə Mətbuat Şurasının başlatdığı bu iş digər qurumlar üçün də bir siqnal olmalıdır".

Baş redaktor bildirdi ki, kirminallaşmış mətbuatdan ancaq maddi maraq naminə istifadə edən, insanların şəxsi həyatına müdaxilə edən, heç bir peşə etikası kodeksini nəzərə almayan saytlara qarşı ciddi tədbirlər görülməlidir: "Hazırkı real duruma gəldikdə isə bu reket sayt sahibləri heç bir hüquqi məsuliyyət daşımadan və cəmiyyət qarşısında heç bir məhsuliyyətlərini hiss etmədən qara işlərlə məşğuldurlar. İnsanları ayrı-ayrı şəxsləri, nüfuzlu şirkətləri, dövlət təşkilatlarını açıq şəkildə şantaj edirlər. öz məqsədlərinə nail olmaq üçün ən çirkin yollara əl atırlar. Bu da ümumilikdə belə bir görüntü yaradır ki, Azərbaycan jurnalistikası elə bunlardan ibarətdir. Demək olar ki, böyük şirkətlər, nazirliklər ciddi ictimai rəyə təsir edən media ilə işlərini bir kənara qoyub bunlarla mübarizə aparmağa məcburiyyətindədirlər. Bu saytların əksəriyyətinin hüquqi ünvanı, redaksiyası yoxdur. Bir sözlə, bu kirminal ünsurlərə qarşı kompleks tədbirlər görülməldir. Mətbuat Şurasının reket jurnalistikası ilə bağlı başlatdığı iş alqışlanmalıdır. Müəyyən dövlət strukturları, təhlükəsizlik orqanları, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, dövlət qurumları bunlarla mübarizə işinə cəlb olunmalıdır. Jurnalistikanın adından istifadə edən bu adamlar görməlidirlər ki, bunların hərəkətləri cəzasız qalmayacaq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31