Bu ölkədə at həbs edildi - Video
Braziliyada avtomobili zədələdiyi üçün at həbs olunub. Bu barədə məlumatı “Globo” xəbər portalı yazıb. Atın sahibi Uilyams Frasişku duş Santuş atla gəzən zaman bir neçə şəxs onlara yaxınlaşaraq ata minmək istədiyini bildiriblər.
16 Noyabr 2017 18:25 DünyaBraziliyada avtomobili zədələdiyi üçün at həbs olunub. Bu barədə məlumatı "Globo" xəbər portalı yazıb. Atın sahibi Uilyams Frasişku duş Santuş atla gəzən zaman bir neçə şəxs onlara yaxınlaşaraq ata minmək istədiyini bildiriblər. Atın sahibi razılıq verəndən sonra at kənardakı şəxslərdən birindən qorxaraq maşına xələl yetirib. Hadisə yerinə polis əməkdaşları gələrək, atı polis bölməsinə aparıblar və yalnız sahibi baş verən hadisəylə bağlı məsuliyyəti öz üzərinə götürdükdən sonra at sərbəst buraxılıb. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31