Gündəm

Abşeronda magistral su kəmərləri və qurğularının inşası ilə bağlı 10,1 milyon manat ayrıldı

16 Noyabr 2017 17:54

Prezident İlham Əliyev Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

Rusiyanın Ermənistandakı hərbi bazasının hərbçiləri itkin düşdü

16 Noyabr 2017 17:52

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının 2 hərbçisi itkin düşüb. Rusiyanın Gümrüdəki hərbi hissəsinin hərbçiləri iki gündür əllərində əsgərin fotosu ilə məhəllələri gəzərək sakinlərə onun şəklini göstərirlər. Rəsmilər hələlik məsələyə münasibət bildirməyib.  Məlumata görə, itkin düşənlər muzdlu hərbçilərdir.

Kəşfiyyat Putinin siyasi hədəflərini araşdıracaq

16 Noyabr 2017 17:44

Birləşmiş Ştatların milli kəşfiyyatı “Vladimir Putinin ehtimal edilən niyyətləri və siyasi məsələləri haqqında” qanun layihəsi çərçivəsində məruzənin hazırlamasına başlaya bilər. Bu haqda Konqresin Nümayəndələr Palatasının üzvü, qanun layihəsinin təşəbbüskarı Raci Krişnamurti deyib. Qanun layihəsi hazırda ABŞ Konqresinin müzakirəsindədir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada görüşə razılıq veriblər - BƏYANAT

16 Noyabr 2017 17:43

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Məlumata görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir. Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar: "Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək".

Kişidən keçmiş arvadına qarşı ŞOK ADDIM - Sumqayıtda

16 Noyabr 2017 17:39

Sumqayıt şəhərində keçmiş həyat yoldaşını öldürməkdə ittiham olunan 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, qətl hadisəsi Sumqayıtda Corat qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini 35 yaşlı Ramil Şükürov keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 17 bıçaq zərbəsi vurub.

Qarabağda “İKİNCİ CƏBHƏ” açılır - Vaşinqtonun MÜHARİBƏ PLANI

16 Noyabr 2017 17:37

Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif edib. Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə qələbə qazanmağa imkan verəcəyini hesab edir. “Biz İskeriyada (Şimali Qafqazda - red.) üsyan qaldırmalıyıq. Bununla yanaşı, Qafqazda “ikinci cəbhə”nin açılmasına nail olmalıyıq. Rusiya “ikinci cəbhə”də vuruşa bilməyəcək. Bu, Ukraynanın qələbəsini əhəmiyyətli dərəcədə sürətləndirəcək”, - deyə Mosiyçuk vurğulayıb.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal olmalıdırlar” 

16 Noyabr 2017 17:35

“Reketçiliyin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün heç bir problem yoxdur. Yəni faktiki olaraq hüquqi müstəvidə reketçiliklə məşğul olanlara qarşı müvafiq addımların atılması nəzərdə tutulub”. Bunu  “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirb.

Aydın Quliyev: “"Reket" jurnalistika ciddi jurnalistikanın adına xələl gətirir”

16 Noyabr 2017 17:21

“2008-ci ildən indiyə qədər Mətbuat Şurasının xətti ilə reket jurnalistikaya qarşı mübarizə fasiləsiz və sistemli şəkildə aparılmaqdadır”. Bunu "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Yunus Oğuz: "Reket” jurnalistlərə qarşı cəzalar sərtləşdirilməlidir"

16 Noyabr 2017 17:17

“Reket" jurnalistlər və saytlar Azərbaycan mətbuatının “üz qara”sı, eyni zamanda ölkə jurnalistlərinə ləkədirlər”. Bunu "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

"Azercell"dən iPhone telefonlarına yeni sərfəli kampaniya

16 Noyabr 2017 17:15

iPhone cihazlarının Azərbaycanda hal-hazırda rəsmi satışını təqdim edən yeganə mobil operator Azercell Telekom MMC abunəçiləri üçün yeni sərfəli kampaniyaya başlayıb. Belə ki, 15 Noyabr 2017-cı il tarixindən müxtəlif iPhone telefonları Hədsiz tarifləri və İnternet paketləri ilə birgə abunəçilərə təqdim olunur.

Şəkidəki zəlzələ zamanı evlərdən biri bu vəziyyətə düşdü - VİDEO

16 Noyabr 2017 16:55

Şəki rayon Göybulaq kəndində zəlzələ zamanı evlərdən birində çatlar əmələ gəlib. Həmin ev 1961-ci il təvəllüdlü Vəlyəddin Əliyevə məxsusdur. İkiotaqli evin hər iki otağı qəzalı vəziyyətə düşüb. 

Toppuş bacıdan ŞİKAYƏT: "Məni teatrlarda işə götürmürlər"

16 Noyabr 2017 16:46

Əməkdar artist Tünzalə Əliyeva işsizlikdən gileylənib.  “Toppuş bacı” ləqəbli aktrisa teatrlarda iş tapa bilmədiyini deyib. “Səhər-səhər” proqramının qonağı olan T.Əliyeva bildirib ki, ona uyğun tamaşa yoxdur: “Aktyor mütləq teatrda çalışmalıdır. Çox istəyərdim ki, teatrda işləyim. Amma mənə uyğun rol tapılmır. Məni heç bir teatrda işə götürmürlər, onlara lazım deyiləm. Bir neçə teatra müraciət etdim. Cavab verdilər ki, get gözlə, hələ tamaşa yoxdur. Sənə uyğun obraz olanda çağırarıq. Hələ xəbər etməyiblər”.

Rusiya ABŞ istiqrazlarına yatırımları kəskin azaltdı

16 Noyabr 2017 16:44

Rusiya 2017-ci ilin sentyabrında ABŞ xəzinə istiqrazlarına yatırımları azaldıb. Bu barədə informasiyanı ABŞ Maliyyə Nazirliyi yayıb. Nazirlik istiqrazlara yatırımın 1,5 milyard dollar azaldığını bildirib. Hazırda Rusiyanın bu istiqrazlarda yatırımı 103,9 milyard dollar təşkil edir.

Rusiya-Çin mümkün savaşı: kim daha üstündür? - Analiz

16 Noyabr 2017 16:43

Rusiya və Çin arasında savaş ola bilər. Bu iddia ilə ameriaklı jurnalist Kayl Mizokami “Nəşinəl İnterest” qəzetində dərc olunan məqaləsində çıxış edib. Jurnalistin fikrincə, bu savaş başlayacağı təqdirdə Rusiya üçün əsas zəif məqam onun iqtisadiyyatı və coğrafi vəziyyəti olacaq: “Hazırda Çinlə Rusiya arasında pis olmayan münasibətlər var və konflikt az inandırıcıdır.

Görüşdə Dağlıq Qarabağ problemi müzakirə edilməyə bilməzdi — Politoloq şərhi

16 Noyabr 2017 16:35

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirir. Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında keçirilən görüşdə Dağlıq Qarabağ probleminin həlli məsələsinin müzakirə ediləcəyi gözlənilirdi. Ancaq görüşün sonunda keçirilən mətbuat konfransında Qarabağ adının belə çəkilməməsi, problemin müzakirə edilib, edilməməsi sualını ortaya çıxardı.