Kəşfiyyat Putinin siyasi hədəflərini araşdıracaq

Birləşmiş Ştatların milli kəşfiyyatı “Vladimir Putinin ehtimal edilən niyyətləri və siyasi məsələləri haqqında” qanun layihəsi çərçivəsində məruzənin hazırlamasına başlaya bilər. Bu haqda Konqresin Nümayəndələr Palatasının üzvü, qanun layihəsinin təşəbbüskarı Raci Krişnamurti deyib. Qanun layihəsi hazırda ABŞ Konqresinin müzakirəsindədir.

Birləşmiş Ştatların milli kəşfiyyatı "Vladimir Putinin ehtimal edilən niyyətləri və siyasi məsələləri haqqında" qanun layihəsi çərçivəsində məruzənin hazırlamasına başlaya bilər. Bu haqda Konqresin Nümayəndələr Palatasının üzvü, qanun layihəsinin təşəbbüskarı Raci Krişnamurti deyib. Qanun layihəsi hazırda ABŞ Konqresinin müzakirəsindədir.

Qeyd edilir ki, kəşfiyyatın yeni məruzəsi demokratlar tərəfindən başladılan "Rusiya müdaxiləsi" haqqında iş üzrə araşdırmaya əlavə ediləcək. Məruzə NATO və Şərqi Avropa ölkələrinə Rusiyanın bu yaxınlarda etdiyi kiberhücumların hansı hədəflərə xidmət etdiyini öyrənməyi qarşısına məqsəd qoyub. Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31