Gündəm
Cənubi Koreyadan ABŞ-a xəbərdarlıq: Müharibə...
Donald Tramp Seul hökumətinin təsdiqləmədiyi halda heç bir şəkildə Şimali Koreyaya qarşı hərbi müdaxilə variantına əl atmamalıdır. Bu barədə Cənubi Koreyanın iqtidar partiyasının sədri Ço Mi danışıb. “Tramp bütün variantların masa üzərində olduğunu tez-tez vurğulayır.
Liviyada miqrantlar 400 dollara kölə kimi bazarlarda satılır - FOTOLAR
Birləşmiş Millətlər Təşkilatı Liviyada miqrantlar və qaçqınlarla bağlı ölkədə hökm sürən qeyri-insani situsiya haqqında bəyanat yayıb. ABŞ-ın CNN telekanalı isə bunula bağlı görüntülü sübutu təqdim edib. Telekanal insanların bazarlarda əşya kimi, qul statusu ilə hərraca çıxarıldığını görüntüləyə bilib.
Bin Salman məşhur misirlini özünə müavin təyin etdi
Misirin keçmiş daxili işlər naziri Həbib əl-Ədli Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salamanın məsləhətçisi təyin edilib. Bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb. Ədlinin bir müddət öncə həbs edilən Səudiyyə Ərəbistanı şahzadələrini dindirdiyi də iddia edilib. Onun şahzadələrə qarşı müxtəlif işgəncələrdən istifadə etdiyi vurğulanır.
Ər-Riyad Suriyanın məhvinə 137 milyard xərcləyib
Səudiyyə Ərəbistanı və Qətər beynəlxalq terrorizmi Suriyaya gətirmək üçün 137 milyard dollar pul xərcləyiblər. Bunu BMT-də çıxışı zamanı Suriyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Bəşər Cəfəri söyləyib.
İşğalçı rejim 2018-ci ilə nə büdcə ilə gedir?
Azərbaycanın işğal olunmuş torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejiminin 2018-ci il üçün büdcəsi açıqlanıb. Novator.az-ın məlumatına görə, büdcənin gəliri layihədə 97 milyard 104 milyon dram (199 milyon dollar), xərcləri 101 milyard 404 milyon dram (207,8 milyon dollar) göstərilir. Layihə 4 milyard 299 milyon dram (8,8 milyon dollar) büdcə kəsiri nəzərdə tutur.
Ermənilərin “oğlan övlad” sevdası - alman mediasının məqaləsi
“Erməni cütlüklər uşaq gözləyən zaman onun mütləq oğlan olmasını arzularlar. Əks halda bir çox qadınlar qeyri-qanuni olaraq hamiləliklərini yarıda kəsir, həkimlər və apteklər isə onlara bu məsələdə canla-başla yardım edirlər”.
"Fədayə Laçın hepatit xəstəsidir və..." - Vəkili müğənni ilə bağlı HƏR ŞEYİ AÇDI
"Fədayə Laçın barəsində yayılan ölüm xəbərləri həqiqətdən uzaqdır. Bu xəbərləri yayanları hüquq qaydasında təqib edəcəyik". Bu sözləri müğənninin vəkili Türkel Süleymanlı deyib. T.Süleymanlı həmçinin F.Laçının səhhətinin çox da yaxşı olmadığını, lakin yayılan xəbərlərin, məlumatların sensasiya xətrinə uydurulmuş informasiyalar olduğunu deyib: “Hər hansı şəxs barəsində yalandan ölüm xəbəri yazmaq olmaz. Bu məlumat həkim, müstəntiq və ya Penitensiar Xidmətə istinad edərək verilə bilər. Həmin xəbəri onun ailə üzvlərinin də oxuya biləc
Prezidentin tapşığı ilə nazir BMT-nin konfransına qatılıb
Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə Prezidenti cənab İlham Əliyevin tapırığına əsasən konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.
Diplomatik mənbə: Ərdoğanla Putin ərazilərin qaytarılması üzrə razılaşdı – Soçidə QARABAĞ SAZİŞİ
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib.
Torpaqlar 2019-cu ildə qaytarılacaq - Moskvanın 5 mərhələli PLANI
"Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas məsələsinin qəti həlli üçün şans var”. Bu haqda Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri yazıb. “Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin həmsöhbəti qeyd edib.
İndiyədək 20 min 667 ipoteka krediti verilib
"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. AİF-dən verilən məlumata görə, fondun xətti ilə 20 min 667 ipoteka krediti verilib. "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 900 milyon 105 min 152 manatdan çoxdur.
“Qarabağ” - “Çelsi” oyununa bilet əldə etmək istəyənlərə XƏBƏR
Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının bütün biletləri satılıb. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı canlı izləmək istəyən azarkeşlərə 68 500 bilet ayrılmışdı. Onlardan 3664-ü İngiltərə azarkeşləri üçün nəzərdə tutulmuşdu.
Azərbaycandakı dini və milli tolerantlıq dini plüralizmin təntənəsidir
Tarixən bir sıra xalqların və dinlərin bərgə yaşadığı Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Bəlağətsiz demək olar ki, ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi hazırda da davam etməkdədir. Azərbaycan müsəlman ölkəsi olaraq İslam kimliyi ilə bütün İslam ölkələri və toplumları arasında dini bütünlüyə malikdir. İslam sivilizasiyasının bir parçası kimi İslam dünyasının gələcəyi naminə aktiv rol oynamaq patensialını qazanan Azərbaycan tarixi İslam mədəniyyətinə malikdir.
Azərbaycan Cənubi Qafqazda liderdir
Azərbaycan Cənubi Qafqaz ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, İslandiya, Koreya Respublikası və İsveçrə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderlər siyahısında ilk üçlükdə qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, Böyük Britaniya, Honq Konq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiya yer alıblar.
Evi olmayanlara ŞAD XƏBƏR: güzəştli mənzillərin satışı başlayır
Bu günədək "Güzəştli mənzil" elektron sistemində 7 mindən çox insan qeydiyyatdan keçərək elektron kabinetə sahib olub. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının rəhbəri Anar Quliyev bu gün "MİDA"nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimatı zamanı deyib.














