Gündəm
Bakıda doğulmuş milyarder qadını Anqolada işdən çıxardılar
Anqola prezidenti Joao Lourens ölkənin dövlət neft şirkəti "Sonangol"un idarə heyətinin rəhbəri olan milyarder, keçmiş president Xose duş Santosun qızı İzabel duş Santosun işdən azad edilməsinə dair sərəncam verib.
Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu keçiriləcək
20 noyabr 2017-ci il tarixində “JW Marriott” Abşeron otelinin Şərq zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşaq iştirak edəcəkdir.
Gömrükdən gizlədilmiş dərman preparatı aşkarlanıb
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Gömrük Komitəsi büdcə öhdəliyini 102 faiz yerinə yetirilib
Ötən dövrdə Azərbaycan gömrüyü gömrük nəzarətinin təşkili, qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi, gömrük sisteminin yenidən qurulması və maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, eləcə də fiskal siyasətin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.
Bir ayda nazirliyə 8920 müraciət daxil olub
2017-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 8920 müraciət daxil olub ki, onların da 89,9%-i ərizə, 10%-i şikayət, 0,1%-i təklifdir. Müraciətlərin 38%-i müxtəlif arayışların alınması, 34,3%-i kameral vergi yoxlamaları, 9,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.
“Gənc Bələdçi” Məktəbi başa çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə AzGF-nun 10-cu qrant müsabiqəsinin qalibi Səmayə İbrahimovanın rəhbəri olduğu “Gənc Bələdçi” məktəbi başa çatıb. “OLAYLAR”-a bildirilib ki, bələdçilik fəaliyyəti ilə məşğul olan gənclərin bu sahədə bacarıqlarının artırılması, onların məşğulluluğunu təmin etmək, region gənclərinin bu fəaliyyətə sövq edilməsi, ixtisaslı kadrlarla müxtəlif rayonlarda region gənclərinin görüşünü təşkil etmək, ekoloji düşüncənin artırılması, sağlam həyat tərzinin aşılanması layihənin əsas məqsədlərindən idi. Həmçinin layihədə macəra turizminin və eko-turizmin inkişaf etdirilməsində gənclərin rolunun artırılması, bu sahədə çalışan, marağı olan gənclərdən ibarət şəbəkə yaratmaq və onları maarifləndirmək də əsas götürülüb.
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb
Noyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə gör, Özbəkistan nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır
Ötən axşam ölkə ərazisində baş verən yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır. Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, rayon İH-nə daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb. Zəlzələ nəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 evə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evinin tam qəzalı vəziyyətə düşdüyü məlum olub.
“Bu fəallaşmanın münaqişənin həlli prosesini sürətləndirəcəyini düşünmürəm”
“Azərbaycan cəmiyyəti Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini gözləyirdi. Çünki Rəcəb Tayyib Ərdoğan görüşdən əvvəl münaqişənin danışıqlar mövzusu olacağını demişdi. Münaqişəni həlli böyük ölçüdə Putindən asılıdır”.
“Nar bağı”nın Almaniya uğuru
Almaniyanın Kottbus şəhərində keçirilən 27-ci Beynəlxalq Film Festivalı başa çatıb. Olaylar.az bildirir ki, festivalın əsas müsabiqə proqramında azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi nümayiş olunub. Film tamaşaçılar və kinematoqrafçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Kottbus Beynəlxalq Film Festivalında 42 ölkədən 200-ə qədər film nümayiş olunub. Festivala 600-ə qədər beynəlxalq kino mütəxəssisi və 21 mindən çox tamaşaçı qatılıb.
“Kara sevda” Beynəlxalq Emmy mükafatına namizəddi
“Reket jurnalistikası ilə mübarizə lazımdır, vacibdir və zəzuridir!”
Çox doğru deyirsiniz, ölkəmizdə "reket" jurnalistlərin sayıi kəskin şəkildə artıb və bu arzuolunmaz hal əslində, müstəqil Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına çox ağır zərbə vurur. Bildiyimiz kimi, hələ SSRİ dönəmində mətbuatda sağlam tənqid mövcud olub və bu istiqamətdə çalışan jurnalistlər heç bir məqsəd güdmədən yanaşdığı mövzularda tənqidi yazıları, məqalələri ilə çıxış edirdilər.
Ucuz qiymətə avtomobillər hərraca çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur.Komitədən verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə, “Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
Oğlanlar yenə də üstünlük təşkil edir
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Məlumata görə, doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır. Bununla yanaşı, cari ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
Bakıda Şimali Kiprin 34-cü ildönümü qeyd edildi
Hər il olduğu kimi bu il də Şimali Kipr Türk Respublikasının elanının ildönümü Bakıda təntənəli şəkildə qeyd edilib. Noyabrın 15-də bu ada dövlətinin elan edilməsinin 34-cü ildönümü münasibətilə təşkil edilən mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin rəhbəbləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media təmsilçiləri iştirak ediblər.














