“Gənc Bələdçi” Məktəbi başa çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə AzGF-nun 10-cu qrant müsabiqəsinin qalibi Səmayə İbrahimovanın rəhbəri olduğu “Gənc Bələdçi” məktəbi başa çatıb. “OLAYLAR”-a bildirilib ki, bələdçilik fəaliyyəti ilə məşğul olan gənclərin bu sahədə bacarıqlarının artırılması, onların məşğulluluğunu təmin etmək, region gənclərinin bu fəaliyyətə sövq edilməsi, ixtisaslı kadrlarla müxtəlif rayonlarda region gənclərinin görüşünü təşkil etmək, ekoloji düşüncənin artırılması, sağlam həyat tərzinin aşılanması layihənin əsas məqsədlərindən idi. Həmçinin layihədə macəra turizminin və eko-turizmin inkişaf etdirilməsində gənclərin rolunun artırılması, bu sahədə çalışan, marağı olan gənclərdən ibarət şəbəkə yaratmaq və onları maarifləndirmək də əsas götürülüb.
16 Noyabr 2017 15:35 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "İRƏLİ" İctimai Birliyinin təşkilati dəstəyi ilə AzGF-nun 10-cu qrant müsabiqəsinin qalibi Səmayə İbrahimovanın rəhbəri olduğu "Gənc Bələdçi" məktəbi başa çatıb. "OLAYLAR"-a bildirilib ki, bələdçilik fəaliyyəti ilə məşğul olan gənclərin bu sahədə bacarıqlarının artırılması, onların məşğulluluğunu təmin etmək, region gənclərinin bu fəaliyyətə sövq edilməsi, ixtisaslı kadrlarla müxtəlif rayonlarda region gənclərinin görüşünü təşkil etmək, ekoloji düşüncənin artırılması, sağlam həyat tərzinin aşılanması layihənin əsas məqsədlərindən idi. Həmçinin layihədə macəra turizminin və eko-turizmin inkişaf etdirilməsində gənclərin rolunun artırılması, bu sahədə çalışan, marağı olan gənclərdən ibarət şəbəkə yaratmaq və onları maarifləndirmək də əsas götürülüb.
Layihə çərçivəsində turistlərlə davranış mədəniyyətini yüksəltmək, bu sahəyə diqqətin artırılması, Azərbaycanda ekoturizm, dağ turizmi, macəra turizmi, kənd turizminin inkişaf etdirilməsinə dəstək, həmçinin regionlarda fəaliyyət göstərən həvəsli bələdçilərin kəşf edilməsi və maarifləndirilməsi, ekspertlərlə görüşlərdə və xüsusi seminarlarda gənclərin maarifləndirilməsi, ekskursiyalar vasitəsilə praktik biliklərin artırılması, layihənin davamlılığı üçün iştirakçıların daimi şəbəkəsinin formalaşdırılması həyata keçirilib və infoturlar baş tutub. Nəzəri və maarifləndirici sessiyalarla yanaşı əyləncəli fəaliyyətlər, mədəni-tarixi abidələrə infotur, İlisu kəndi ərazisindəki Ramramay şəlaləsinə yürüş keçirilib. İplə eniş və digər ekstremal fəaliyyətlər də proqramda yer alıb. Verilən məlumata əsasən, layihə Qax rayonunda keçirilib.