Yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır

Ötən axşam ölkə ərazisində baş verən yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır. Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, rayon İH-nə daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb. Zəlzələ nəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 evə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evinin tam qəzalı vəziyyətə düşdüyü məlum olub.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvü İlqar MusayevAPA-ya deyib ki, komissiya üzvləri rayonda araşdırmalara başlayıb. İndiyədək 40-dan çox yaşayış evinə baxış keçirilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən ev sakinləri mənzillərindən çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Bərdə rayon İH-dən isə bildirilib ki, yeraltı təkan nəticəsində rayon ərazisində heç bir fəsad qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31