Bakıda Şimali Kiprin 34-cü ildönümü qeyd edildi
Hər il olduğu kimi bu il də Şimali Kipr Türk Respublikasının elanının ildönümü Bakıda təntənəli şəkildə qeyd edilib. Noyabrın 15-də bu ada dövlətinin elan edilməsinin 34-cü ildönümü münasibətilə təşkil edilən mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin rəhbəbləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media təmsilçiləri iştirak ediblər.
16 Noyabr 2017 15:16 SosialUfuk Turqaner: "Azərbaycanlı qardaşlarımızla aramızdakı əlaqələrin hər gün daha da güclənəcəyinə ümid edirik"
Hər il olduğu kimi bu il də Şimali Kipr Türk Respublikasının elanının ildönümü Bakıda təntənəli şəkildə qeyd edilib. Noyabrın 15-də bu ada dövlətinin elan edilməsinin 34-cü ildönümü münasibətilə təşkil edilən mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin rəhbəbləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media təmsilçiləri iştirak ediblər. Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner Şimali Kiprin tarixi, keçmişi və bu gün haqqında iştirakçılara ətraflı şəkildə məlumat verib. Bildirib ki, Şimali Kipr Türk Respublikası 1983-cü il, noyabr ayının 15-də elan edilib. Zor şərtlər altında elan edilən Şimali Kipr Türk Respublikası ötən 34 il ərzində çətin, lakin şərəfli bir yol qət edib. Ufuk Turqaner Azərbaycanla Şimali Kipr arasında mövcud olan əlaqələrdən də bəhs edib. Bildirib ki, azərbaycanlı qardaşlarımızla bağların daha da möhkəmlənməsini arzu edir: "Bu gün 500 azərbaycanlı tələbə Kiprdə təhsil alır və onlardan 20-si ölkəmizin təmin etdiyi təqaüdlə oxuyur. Ən böyük hədəfimiz əlaqələri daha da möhkəmləndirmək və iki xalqın bir-birini daha da yaxından tanımasını təmin etməkdir". Kiprdə türklərin hər məqamda haqsızlıqlara məruz qalaraq, əngəllərə məruz qaldığını deyən Ufuk Turqaner bildirib ki, ancaq Türkiyə Cümhuriyyətinin Kipr Respublikasına verdiyi dəstək və qardaşlığı sayəsində bu əngəllər müəyyən qədər aradan qaldırılıb. Həmçinin təmsilçiliyimizin 20-ci ildönümünü də bu gün etibarilə qeyd etmiş oluruq. Azərbaycanlı qardaşlarımızla aramızdakı əlaqələrin hər gün daha da güclənəcəyinə ümid edirik və bunun üçün də birlikdə çalışmağı arzu edirəm. Son olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk başda olmaq üzrə bütün şəhidlərimizi, Şimali Kipr Türk Respublikasının quruculuğunda əməyi keçən hər kəsi rəhmətlə anıram". Nümayəndəliyin rəhbəri iki ölkə arasında olan hərtərəfli əlaqələr və onlar arasında olan müstəsna xidmətlər haqqında danışıb. O bildirib ki, hər iki ölkə arasında olan tərəfdaşlıq və dostluq əlaqələri hələ uzun illər davam edəcək: "Düşünürəm ki, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında olan əlaqələr həm siyasi, həm iqtisadi, həm də digər sahələr baxımından zaman-zaman özünü doğruldur. Bundan sonra da birlikdə addımlamağa və nailiyyətlər əldə etməyə davam edəcəyik.
Millət vəkili Hikmət Babaoğlu 2 dövlət arasında diplomatik əlaqələrinin 1997-ci ildən qurulduğunu bildirib. Onun sözlərinə görə, münasibətlər günbəgün inkişaf edir: "Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq aləmə inteqrasiya edir. Bu ölkə regionda ali məktəb və turizm mərkəzi kimi fəaliyyət göstərir". "Biz bu gün Şimali Kipr Türk Respublikasının yaranmasının 34-cü ildönümü münasibətilə toplanan iştirakçılarıq. 34 il bundan öncə Ağ dəniz ətrafında baş verən mürəkkəb ictimai-siyasi proseslər nəticəsində Şimali Kipr Respublikası yarandı. O gündən bu günə qədər həmin dövlət özünün funksional aparatını qurmaqla, siyasi sistemi yaratmaqla, çox partiyalı sistemə demokratik addımlar atmaqla dünyada sözünü demiş oldu. Bu illər ərzində Kipr Aralıq dənizdə yerləşən bir ada idi. Lakin buna baxmayaraq, sovet dönəminin dəmir pəncərələrinə rəğmən hər bir azərbaycanlının ürəyində Şimali Kipr Respublikasının gələcəyi, onun fəaliyyəti maraq doğururdu".
Qeyd edək ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1983-cü ilin noyabr ayında elan olunub. Aradan 34 il keçməsinə baxmayaraq Kipr adasının türk icmasınımn yaratmış olduğu bu dövlət Türkiyə xaricində heç bir dövlət tərəfindən rəsmi şəkildə tanınmır. Əvvəllər Pakistan və Banqladeş Kuzey Kıbrısı müstəqil dövlət kimi tanısa da, sonradan bundan imtina ediblər. Bununla belə, Kuzey Kıbrısla bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Bu ada dövləti İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir.
S.İsmayılbəyli