“Bu fəallaşmanın münaqişənin həlli prosesini sürətləndirəcəyini düşünmürəm”

“Azərbaycan cəmiyyəti Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini gözləyirdi. Çünki Rəcəb Tayyib Ərdoğan görüşdən əvvəl münaqişənin danışıqlar mövzusu olacağını demişdi. Münaqişəni həlli böyük ölçüdə Putindən asılıdır”.

"Azərbaycan cəmiyyəti Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini gözləyirdi. Çünki Rəcəb Tayyib Ərdoğan görüşdən əvvəl münaqişənin danışıqlar mövzusu olacağını demişdi. Münaqişəni həlli böyük ölçüdə Putindən asılıdır".

Bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Soçidə dörd saata yaxın qapalı görüş keçirildi. Politoloqun fikrincə, Ərdoğanın görüşdə məsələni qaldırması mümkündür: "Lakin Putinin reaksiyasının necə olması barədə məlumatımız yoxdur. Çünki görüşdən sonrakı mətbuat konfransında hər şey haqda danışıldı, Qarabağ haqda bir kəlmə belə deyilmədi".

Politoloq xatırladıb ki, bir gün sonra Ermənistanın XİN rəhbəri Eduard Nlbandyan Moskvaya çağırıldı. E. Şahinoğlunun sözlərinə görə, bu gün Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşəcək, bu da çox maraqlı məqamdır: "Həmçinin bir neçə gün sonra isə Rusiyanın XİN rəhbəri Sergey Lavrov  Bakı və Yerevana səfər edəcək. Bunun özü də çox maraqlı bir kombinasiyadır.  Azərbaycan və Ermənistanın XİN rəhbərləri ayrılıqda görüşüb Moskvada münaqişənin həllini müzakirə edəcəksə, Bakı və İrəvanda eyni məsələlərin müzakirəsinə nə ehtiyac var?"

Politoloq hesab edir ki, Rusiya münaqişənin nizamlanması prosesində  müəyyən mənada fəallaşmaq istəyir: "Lakin bu məsələdə mən optimist deyiləm. Bu fəallaşmanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirəcəyini düşünmürəm". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31