Gündəm

Neft sektorunda ÜDM 6 faiz azalıb

16 Noyabr 2017 15:14

2017-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul 0.7 faiz azalıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a bildirilib ki, ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 56481,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artıb, neft sektorunda isə 6 faiz azalıb.

Azərbaycan həmsədrlərlə görüşün nəticəsindən razıdır

16 Noyabr 2017 15:12

Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb.

Türkiyə prezidentinin müşaviri: "Ən böyük problemlərdən biri Qarabağın xaincəsinə işğalıdır"

16 Noyabr 2017 15:09

“Dünyada “biz qardaşıq” deyə bilən iki ölkə Azərbaycan və Türkiyədir. Son illər bu münasibətlər hər iki ölkə prezidentlərinin apardığı uğurlu siyasət nəticəsində daha da inkişaf edib”. Bunu Bakıda səfərdə olan Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu deyib. 

Mövlud Çavuşoğlu: "Amerika alınan silahları gecikdirir"

16 Noyabr 2017 14:58

Türkiyə parlamentində keçirilən büdcə komissiyasının iclasında səsləndirilən fikirlər geniş müzakirələrə səbəb olub. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin silah almaq üçün yeni alternativlər axtardığını dilə gətirib: “Amerikadan aldığımız silahların çatdırılmasında müəyyən gecikmələr baş verir. Bu səbəbdən də, Türkiyə yeni alternativlər axtarmağa başalayıb”.

Rusiyanın pensiya ödənişləri üçün vəsaiti qalmayıb

16 Noyabr 2017 14:55

Rusiyanın pensiya öhdəliklərini yerinə yetirməsi üçün mənbələri tükənib və bu səbəbdən pensiya yaşının artırılması tələb olunur. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Arqumenti i fakti" qəzetinə müsahibəsində Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin bildirib.

“İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr keçirilir

16 Noyabr 2017 14:52

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr cari tədris ilində də davam edir. “OLAYLAR”-ın xəbərinə görə. səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun təşkil edilir.

Mətbuat Şurası reket jurnalistikaya qarşı səmərəli fəaliyyət göstərir

16 Noyabr 2017 14:50

"Azərbaycan Mətbuat Şurasının reket jurnalistikaya qarşı apardIğı mübarizə nədənsə bir çox “həmkarlarımızı” narahat etməyə başlayıb. Görünür bu da aparılan uğurlu mübarizənin nəticəsi ilə bağlıdır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri interpress.az saytının baş redaktoru Toğrul Allahverdili səsləndirib.

Türkiyədə ağır qəza: 19 yaralı

16 Noyabr 2017 14:49

Türkiyənin cənubundakı Hatay vilayətində iki yük maşını və sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.Faktla bağlı polis araşdırmalara başlayıb. 

"Həyat yoldaşım qızıllarımı oğurladı" - Əməkdar artistdən ŞOK AÇIQLAMA 

16 Noyabr 2017 14:47

ARB telekanalnda yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri əməkdar artist, xanım diktor Natəvan Hacıyeva olub. Aparıcı Elgiz xanım diktora "Xəyanəti bağışlamaq olar?" sualı ilə müraciət edib. Natəvan xanımın aparıcının sualına verdiyi cavabı təqdim edirik: "Mən valideynlərimin sözünə qulaq asmadım. Mənim üçün 4 dəfə toy çalınıb. Amma 1 ildən sonra ayrıldım. Bu da çox maraqlı ayrılıq oldu. Bir dəfə növbətçi idim, gecə 1 idi gəldim evə. Mənim üçün verilən qızılların qoyulduğu qabı elə bil ki, kimsə dedi aç. Açdım ki, boşdur.  Qızıllar yox idi içində.

Ərdoğan yenidən Rusiyaya gedəcək

16 Noyabr 2017 14:37

Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər edəcək.  Ərdoğan Rusiya, İran və Türkiyə arasında Suriya üzrə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.

Hava buludlu, çiskinli, küləkli olacaq

16 Noyabr 2017 14:35

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Nizami Səfərov: “Beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasında əsas rol dövlətlərə məxsusdur”

16 Noyabr 2017 14:22

“Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi təsadüfi meydana gəlməyib. Bu cinayətlərin qarşısının alınması üçün hüquqi baza formalaşdırılmalıdır”. Bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov parlamentdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda keçirilən yekun müzakirədə deyib.

Prezident: “Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”

16 Noyabr 2017 14:21

“Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşü zamanı deyib.

“Azərbaycanda təhsil prosesinin yenilənməsinə ehtiyac var”

16 Noyabr 2017 14:20

16 – 17 noyabr tarixlərində Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Müəllimləri İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Öyrənməyi öyrənmək” adlı 2- ci Beynəlxalq Təlim Konfransı öz işinə başladı. Olaylar.az bildirir ki, bu ilki konfrans “Öyrənməyi öyrədək” mövzusuna həsr olunub. Konfrans  zamanı iştirakçılar öyrənməyin mahiyyəti, bilmək və öyrənmək arasında fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirəcəklər. Həmçinin, konfransda düşünmə prosesinin necə baş verdiyi, müəllimlərin ağıllı düşünmək bacarığını necə təşviq edə biləcəkləri və şagiedlərin təlim nəticələrinin inkişaf etdirilməsində  beynin məlumatı necə emal etdiyinin rolu təhlil olunacaq.