“Azərbaycanda təhsil prosesinin yenilənməsinə ehtiyac var”
16 – 17 noyabr tarixlərində Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Müəllimləri İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Öyrənməyi öyrənmək” adlı 2- ci Beynəlxalq Təlim Konfransı öz işinə başladı. Olaylar.az bildirir ki, bu ilki konfrans “Öyrənməyi öyrədək” mövzusuna həsr olunub. Konfrans zamanı iştirakçılar öyrənməyin mahiyyəti, bilmək və öyrənmək arasında fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirəcəklər. Həmçinin, konfransda düşünmə prosesinin necə baş verdiyi, müəllimlərin ağıllı düşünmək bacarığını necə təşviq edə biləcəkləri və şagiedlərin təlim nəticələrinin inkişaf etdirilməsində beynin məlumatı necə emal etdiyinin rolu təhlil olunacaq.
16 Noyabr 2017 14:20 Sosial16 - 17 noyabr tarixlərində Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Müəllimləri İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Öyrənməyi öyrənmək" adlı 2- ci Beynəlxalq Təlim Konfransı öz işinə başladı. Olaylar.az bildirir ki, bu ilki konfrans "Öyrənməyi öyrədək" mövzusuna həsr olunub. Konfrans zamanı iştirakçılar öyrənməyin mahiyyəti, bilmək və öyrənmək arasında fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirəcəklər. Həmçinin, konfransda düşünmə prosesinin necə baş verdiyi, müəllimlərin ağıllı düşünmək bacarığını necə təşviq edə biləcəkləri və şagiedlərin təlim nəticələrinin inkişaf etdirilməsində beynin məlumatı necə emal etdiyinin rolu təhlil olunacaq.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktoru Qrem Pollak bildirdi ki, ətraf mühitin, dünyanın sürətli inkişafı təbii ki, təhsil sahəsinə də təsir edir. Və bütün bu inkişaflar bizim düşüncələrimizə də dəyişikliklərə səbəb olur, vərdişlərimiz dəyişir. "Gələcəkdə baş verə biləcək prosesləri öncədən görə bimərik. Məhz buna görə də gələcəkdə nələrin bş verə biləcəyinə əmin deyilik. Amma 2040 - cı ildə tələbələrimiz dünyası ilə bizim dünyamız tamam fərqlənəcək, bir çox peşələr atrıq bir çox peşələr mövcud olmayacaq. Buna görə də təlimçilər, müəllimlər həm özlərini, həm də şagirdlərini, tələbələrini gələcəyə hazırlamalıdılar" - deyə, Qrem Pollak bildirdi.
Konfransada çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Təhsil Naziri Mikayıl Cabbarovun konfrans iştirakçılarına müraciətini çatdırdı.
"Azərbaycan müəlliminin nüfuzu artıb. Bu ilki qəbul statistikasına nəzər salsaq görərik ki, Pedoqoji universitetdə 281 nəfər 500 baldan çox bl toplayaraq müəllim olmaq arzusundadı. Bu artıq Azərbaycan müəlliminin uğurudu". Bu fikirləri konfransda iştirak edən Azərbaycan Pedoqoji Unuversitetin rektoru Cəfər Cəfərov öz çıxışında bildirib. "
"Azərbaycanda təhsil prosesinin yenilənməsinə ehtiyac var. Bu proses təbii ki, yavaş - yavaş həyata keçiriləcək. Düşünürəm ki, bu proses məhz müəllimlərin yetişdiyi ali məktəbdən başlanması doğru addımdı.
Pedoqoji Universitetdəki yenilikdən konfrans iştirakçılarını məlumatlandıran rektor bildirdi ki, bu ildə ali məktəbdə müəllimlər müsabiqə yolu ilə qəbul edilib və müsabiqə nəticəsində il qəbul olan müəllimlərin 10 faizi kənardan gələn müəllimlər olub.
"Bu vaxta qədər keçdiyimiz tədris üsulu bu gün dünyada qəbul edilmir. Tələbəyə biliklərini cəmiyyət, bəşəriyyət üçün necə istifadə edilməsini öyrətmək lazımdır".
Konfrans üç tanınmış beynəlxalq məruzəçi - Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobinin məruzələri ilə davam edəcək.
Konfransda əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcəklər.
Konfransad beynəlxalq səviyyəli qabaqcıl təhsil müəssələrinin peşəkar təlim və inkişafa dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərindən çalşan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaranacaqdır.
Qeyd edək ki, iki gün davam edəcək konfransdan sonra noyabrın 18-də "Master Klass"seminarları keçiriləcək.
Nigar Adil