Bir ayda nazirliyə 8920 müraciət daxil olub
2017-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 8920 müraciət daxil olub ki, onların da 89,9%-i ərizə, 10%-i şikayət, 0,1%-i təklifdir. Müraciətlərin 38%-i müxtəlif arayışların alınması, 34,3%-i kameral vergi yoxlamaları, 9,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.
16 Noyabr 2017 15:36 Sosial2017-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 8920 müraciət daxil olub ki, onların da 89,9%-i ərizə, 10%-i şikayət, 0,1%-i təklifdir. Müraciətlərin 38%-i müxtəlif arayışların alınması, 34,3%-i kameral vergi yoxlamaları, 9,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub. Vergilər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bütün müraciətlərə vaxtında baxılıb, 76,6%-i müsbət həll olunub. Hesabat dövründə Vergilər Nazirliyinin mərkəzi aparatı, yerli vergi orqanları və vergi ödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla bütün qurumlarında vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 502 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib. Oktyabr ayının 20-də vergilər naziri tərəfindən Ağcabədi rayonunda keçirilmiş vətəndaşların səyyar qəbulu zamanı 6 rayonda yaşayan 33 vətəndaş qəbul edilib.