Azərbaycandakı dini və milli tolerantlıq dini plüralizmin təntənəsidir

Tarixən bir sıra xalqların və dinlərin bərgə yaşadığı Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Bəlağətsiz demək olar ki, ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi hazırda da davam etməkdədir. Azərbaycan müsəlman ölkəsi olaraq İslam kimliyi ilə bütün İslam ölkələri və toplumları arasında dini bütünlüyə malikdir. İslam sivilizasiyasının bir parçası kimi İslam dünyasının gələcəyi naminə aktiv rol oynamaq patensialını qazanan Azərbaycan tarixi İslam mədəniyyətinə malikdir.

Tarixən bir sıra xalqların və dinlərin bərgə yaşadığı Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Bəlağətsiz demək olar ki, ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi hazırda da davam etməkdədir. Azərbaycan müsəlman ölkəsi olaraq İslam kimliyi ilə bütün İslam ölkələri və toplumları arasında dini bütünlüyə malikdir. İslam sivilizasiyasının bir parçası kimi İslam dünyasının gələcəyi naminə aktiv rol oynamaq patensialını qazanan Azərbaycan tarixi İslam mədəniyyətinə malikdir. Qafqaz ölkəsi olaraq Azərbaycan ərazisi və əhalisinin böyüklüyü baxımından regionun ən güclü ölkəsidir və bölgədə yaşayan xalqlar və kiçik etnik qruplarla cografi, tarixi, dini birliyə malikdir. Bu baxımdan Azərbaycan bir Qafqaz ölkəsi kimi Qafqazın iqtisadi və kültür cografiyasının gələcəyini müəyyənləşdirən mərkəz ölkə olma gücünə malikdir. Şərq -Qərb sivilizasiyalarının qovşagında yerləşdiyi üçün mədəniyyətinin təməlində Şərq-Qərb mədəni dəyərlərinin sintezini yarada bilmiş Azərbaycan cografi mövqeyi və mədəniyyəti ilə həm Şərqə, həm Qərbə nüfuz edə bilən mərkəz kimi geniş potensiala malikdir. Avropa modernizm dəyərlərini (demokratiya, insan haqları, respublika, sientizm, sekulyarizm) mənimsəyərək İslam mədəniyyəti ilə sintezləşdirməklə özünəməxsus İslam mədəniyyəti yarada bilən Azərbaycan Şərqə də Qərbə də açıq olmaqla dialoq, harmoniya, əməkdalıq yarada bilmə imkanına sahibdir. Bu baxımdan Azərbaycan Şərqlə-Qərb arasındakı mədəni sərhədləri birləşdirən xüsusiyyətə malikdir.
Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycanda bütün dini etiqadlar üçün münbit şərait mövcuddur. Milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, müasir bəşəri dəyərlərin mənimsənilməsi Azərbaycan dövlətinin prioritetlərindədndir. Elə bu səbədən də mili qanunvericilikdə bütün dini daşıyıcıların fəaliyəti üçün maksimum imkanlar yaradılıb: "Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycan Respublikasında heç bir etiqad məcburi və müstəsna xarakter daşımır. Azərbaycan dövləti digər məzhəblərə qarşı nifrət, məzhəb üstünlüyü kimi Azərbaycan xalqının vahidliyini pozan, məzhəbdaxili sistem formalaşdıran, cəmiyyətinin mövcud dəyərlərinə zidd təbliğat aparan dini təriqətləri, məzhəbləti və missioner sektaları rədd edir. Həmçinin dövlətin ərazisində fəaliyyət göstərən dini təşkilatlar dövlət quruluşuna, dövlət orqanları və onun vəzifəli şəxslərinin fəaliyyətinə təsir göstərə bilməz. Ölkədə dinin dövlətdən ayrı olmasına baxmayaraq qanunvericilikdə Azərbaycan Respublikasının dini sferada əsas funksiyaları müəyyən edilib. Belə ki, dövlət vətəndaşların dini etiqad azalığının o cümlədən islam dini ilə bağlı azadlıqların həyata keçirilməsi üçün təminatlar yaradır, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir. Azərbaycan Respublikası bəyan edir ki, islam dini, şəriət normaları onun ərazisində qədim ənənələrə malikdir və bu dinin formalaşdırdığı mənəvi dəyərlərimizin milli kimliyimizin, millətimizin formalaşmasında müstəsna rol oynamışdır. Məhz bunun nəticəsidir ki, ölkədə məzhəb fərqliliyinə baxmayaraq müsəlman əhali islam dəyərlərini yerli xüsusiyyətlər nəzərə alınmaqla mənimsəmiş, tarixi inkişaf prosesində bir-birinə hörmət edən müxtəlif məzhəblərin mövcud olduğu özünəməxsus islam dini modeli təşəkkül tapmışdır. Etiraf edək ki, bu kimi amillər dini plüralizmin bariz nümunəsi kimi qəbul edilməlidir. Xatırladaq ki, 2001-ci ildə Konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalanmışdır. Bu kimi addımların atılması dövlətin dinə göstərdiyi münasibətidir ki, bu da dindarların azad və sərbəst şəkildə fəaliyyətini tənzimləmək məqsədi güdür. Məhz bunun nəticəsidir ki, Azərbaycanda bütün dinlər bərabər hüquqa malikdir. Məscidlər, sinaqoqlar və kilsələr azad fəaliyyət göstərir. Ölkə əhalisinin əsas hissəsi müsəlman olsa da, Azərbaycan dünyəvi dövlət olduğunu çoxdan isbatlayıb".
Onun sözlərinə görə, Azərbaycanda radikal dini cərəyanlar - özünü ideal İslamın, Allahın təbliğatçısı kimi qələmə verən, əhali arasında qütbləşməyə, düşmənçiliyə hesablanmış, müxtəlif kənar dövlətlər tərəfindən idarə olunan, süni şəkildə formalaşdırılmış icmaların fəaliyəti qadağandır: "Təkcə bu faktın özü deməyə əsas verir ki, ölkəmizdə real dini icmaların fəaliyyəti üçün yaradılan şərait dini plüralizmə xidmət edir. Təxribatçı, terrorist, dağıdıcı xarakterli "icmaların" fəaliyyəti isə qəbul edilmir. Deməni, Azərbaycan dövlətinin məqsədi ölkədə dini plüralizmin daha da inkişaf etdirilməsidir və bu istiqamətdə lazım olan bütün addımlar atılmaqdadır. Etiraf edək ki, zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi sanki cəmiyyətlərdəki etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Hazırda dünya miqyasında dini ayrı-seçkilik güclənməkdə, hətta bəzən dini zəmində qarşıdurmalara gətirib çıxarmaqdadır. Belə neqativ halların ölkəmizə sirayət etməməsi və ölkəmizdə dini müxtəlifliyin vəhdəti üçün cəmiyyətdə tolerantlığın hakim mövqe tutması labüddür. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti də məhz bu amallara xidmət edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda multikulturalizm siyasətinin həyata keçirilməsinin özü dini plüralizmin təntənəsi kimi qəbul edilməlidir". Onun bildirdiyinə görə, bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Xüsusi vurğulanası haldır ki, müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirmişlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışmışlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir: "Sirr deyil ki, Azərbaycanda tarixi tolerantlıq ənənələri mövcuddur. Burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı hamıya bəllidir. Hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir. Azərbaycanın dövlət başçısı da belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışılır".
İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Danılmaz faktdır ki, ölkəmizdə tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Ulu Öndər bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var". Lakin onu da xüsusi vurğulamalıyıq ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması vacib amillərdəndir.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31