“Qarabağ” - “Çelsi” oyununa bilet əldə etmək istəyənlərə XƏBƏR
Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının bütün biletləri satılıb. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı canlı izləmək istəyən azarkeşlərə 68 500 bilet ayrılmışdı. Onlardan 3664-ü İngiltərə azarkeşləri üçün nəzərdə tutulmuşdu.
16 Noyabr 2017 15:56 İdmanÇempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" matçının bütün biletləri satılıb. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı canlı izləmək istəyən azarkeşlərə 68 500 bilet ayrılmışdı. Onlardan 3664-ü İngiltərə azarkeşləri üçün nəzərdə tutulmuşdu.
Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasındakı son ev oyunu 22 noyabr saat 21:00-da baş tutacaq. Bu matçda Azərbaycan təmsilçisinin stadiona gedən azarkeş sayına görə rekord qırması gözlənilir. Klub son ev oyununun şərəfinə azarkeşlərə 3D xoreoqrafiya hazırlayıb. Publika.az