"Barselona" argentinalı ulduza müddətsiz müqavilə hazırlayır

"Barselona" Lionel Messi ilə müddətsiz müqavilə imzalamaq istəyir. Tərəflər artıq 2021-ci ilə kimi nəzərdə tutulmuş yeni sözləşməyə imza atıblar. La Liqa prezidenti Xavyer Tebas da son açıqlamasında bu barədə məlumat aldığını bildirmişdi.

Katalon klubu isə  karyerasının sonuna qədər argentinalı ulduzun xidmətində maraqlıdır. Hazırda bu müqavilənin şərtləri müəyyən olunur. Messi "Barselona"nı başqa kluba dəyişmək fikrində olmasa da, karyerasını "Nyuelz Old Boyz"da bitirmək istədiyini bir neçə dəfə dilə gətirib. "Barselona" daha öncə Andres İniesta ilə ömürlük anlaşma imzalamışdı. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31