Gündəm
Türkiyə-ABŞ münasibətlərində gərginliyi artıracaq NÖVBƏTİ QƏRAR
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) silah çatdırılmasının dayandırılacağına dair söz versə də, terror təşkilatının silah tədarükü davam edəcək.
""Daha susmayacam, ürəyimə toxunanların gözünü qanadacam" - Müğənni ilə bəstəkar arasında qalmaqal
Müğənni Sevinc Musayevanın "İstanbulda liman" mahnısına görə müəllif Sevinc Ağasıyeva ilə arasında qalmaqal yaşanıb. Sənətçinin bəstəyə klip çəkdiməsinə müəllif əsəbiləşdiyini deyib. O bildirib ki, ekran işini yüklədiyi bütün "Youtube" kanalları bağlatdırılıb: "Siz paxıllar, savadsız, yaxşılıq başa düşməyən, hamam suyu ilə özünə dost tutanlar... "Youtube" kanalında 10 günə 120 min baxış sayı olan bu klipimizi siz sildirməkdə olun. Mən komandamın zəhməti ilə ərsəyə gələn ekran işimi yaşatmağımla məşğulam. Daha susmayacam. Tikan olub mənə səbəbsiz yerə batanların, ürəyimə toxunanların gözünü qanadacam.
Dövlət büdcəsinin gəlirlərində özəlləşdirmənin payı artıb
Ölkədə həyata keçirilən iqtisadi islahatlar öz müsbət nəticəsini verməkdədir. Gələn ilin dövlət büdcəsinin müzkirəsi zamanı hökumətin təqdim etdiyi hesabat bir daha əminlik yaratdı ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar düşünülmüş, ölçülüb-biçilmiş siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi sahəsində uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilməkdədir.
Deputat: “Ermənistan böyüyünə xəyanət edir”
“Fikrimcə, Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmaqla yanaşı Avropa İttifaqı ilə saziş imzalamasının bir çox tərəfləri var. Bu sənədi imzalamaqda Avropa İttifaqının başlıca məqsədi Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmaq və Yerevanı öz ağasına arxadan zərbə vurmağa hazırlamaqdır”.
İnsanlıq əleyhinə cinayətlərə aid yeni kitab nəşr olunub
Bu günlərdə hüquq üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Əlövsət Allahverdiyevin “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər” kitabı nəşr olunub. Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraflı şərh edilir. Müəllifin fikrincə, bu günə qədər Azərbaycan hüquq ədəbiyyatında insanlıq əleyhinə cinayətlər tam tədqiq olunmayıb, sadəcə müəyyən elmi əsərlərdə onun növləri ilə bağlı məsələlərə toxunulub. Halbuki, indiki şəraitdə insanlıq əleyhinə cinayətlərin daha geniş formada tədqiq olunaraq cəmiyyətə təqdim olunması çox zəruridir, hətta buna böyük bir tələbat var.
Atlantik okeanı coşdu - 6,7 bal gücündə zəlzələ
Atlantik okeanının mərkəzi hissəsində Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib. Məlumata görə, ABŞ Geoloji Xidməti bu barədə xəbər yayıb. Məlumata görə, zəlzələnin episentri okeanın 10 kilometr dərinliyində Braziliya ilə Qərbi Afrika arasında yerləşən regionda qeydə alınıb. Təkanlar nəticəsində sunami təhlükəsi barədə hələ məlumat verilməyib.
Saakaşvili həbs tarixini və “maddə”sini açıqladı
Ukrayna Prezidenti Pyotr Poroşenko mənim həbsimi sifariş edib. Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaşvili paylaşıb.
DİN-dən həbs edilmiş futbolçularla bağlı AÇIQLAMA: "Bəlkə gəzməyə gediblər"- YENİLƏNDİ
Daxili İşlər Nazirliyinin mətbuat katibi, polkovnik Ehsan Zahidov Seyidovla Hacıyevin polis tərəfindən saxlanılmadığını bildirib: “Bizim araşdırmamıza görə, onların məhz polis tərəfindən saxlanıldığı təsdiqlənmir. Ola bilər ki, futbolçuları prokurorluq saxlayıb. Bəlkə də harasa gəzməyə gediblər. Klubu, məşqçiləri ilə əlaqə saxlamaq lazımdır. Bəlkə onlar nəsə bilirlər”.
Kişilər MÜTLƏQ OXUSUNLAR - Alimlərin YENİ KƏŞFİ
Alimlər kişilərin ən böyük problemlərindən biri olan "saç tökülməsi"nin qarşısını almaq üçün maraqlı üsul kəşf ediblər. Koreyalı alimlər və mütəxəssislərdən ibarət bir qrup müəyyən yaşdan sonra kişilərdə saç tökülməsinə səbəb olan iki növ zülal maddələr qrupunun olduğunu iddia edirlər.
Dekabrın ilk günündə QAR YAĞACAQ - Sabahın havası
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.
Bəy atası oğlunu və gəlinini öldürdü - Qəribə səbəb
Pakistanda yeni ailə quran cütlük öldürülüb. Pakistanda yeni ailə quran 24 yaşlı Abdul Hadi ilə 19 yaşlı Hasina Bibi ailələrinin razılıqları olmadan evləndiklərinə görə qətlə yetiriliblər. Polisin verdiyi məlumata görə, cinayətlə bağlı 10 nəfər saxlanılıb. Hadisə Pakistanın liman şəhəri olan Karaçinin cənubunda baş verib.
XƏBƏRDARLIQ: Dekabrda 20 dərəcə şaxta olacaq - Rəsmi açıqlama
Dekabr ayına olan hava proqnozu ilə bağlı məlumat açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.
ABŞ Rusiyanı bu yolla çökdürür - Lavrov
Vaşinqton özünün antirusiya siyasətini Avropa ölkələrinin hesabına həyata keçirir. Bunu İtaliyanın “Libero” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. “Bu gün aydındır ki, Vaşinqtondan alınan göstəriş əsasında Brüssel bürokratlarının başlatdığı sanksiyalar Avropanın yerli istehsalçılarına zərbə vurub. Onlar Rusiya bazarında öz mövqelərinin bir hissəsini itiriblər və böyük zərərlərə məruz qalmaqda davam edirlər. Amerika isə zərərə məruz qalmayıb. Belə çıxır ki, antirusiya hədəflərini Amerika elitası avropalıların hesabına gerçəkləşdirmək istəyir”, - Lavrov bildirib.
MTN generalına hökm: 10,6 il həbs, əmlakı və rütbəsi...
Bakı Hərbi Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik leytenant Rafiq Səfərovun əmlakı ilə bağlı da qərarı açıqlayıb. MTN generalı Elçin Quliyev və Azər Mehdiyevə elan olunan hökmdə göstərilib ki, Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən 250 min manat dəyərində mülkü cinayət yolu ilə əldə edildiyindən əmlakın üzərindən həbs götürülməməlidir.
Rəvan ikinci boşanmasına səbəb olan günahkarı AÇIQLADI
Ötən gün "5/5" verilişinin qonağı olan Rəvan Qarayev uğursuz alınan şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. Aparıcı Zaur qonağından mahnıların müğənnilərin həyatlarına nə dərəcədə aid olub-olmadığını soruşub.














