Dərs ilinin ilk günündə Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib

Sentyabrın 15-də Bakı metropolitenindən 605 081 sərnişin istifadə edib.

Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bu göstərici avqust ayında qeydə alınan ən yüksək sərnişin sayından 9,3 faiz çoxdur. Belə ki, ötən ayın pik günündə metrodan 548 751 sərnişin istifadə edib.

Qeyd olunub ki, dərs ilinin ilk günündə sərnişin sayında müşahidə edilən artım metronun paytaxtın nəqliyyat sistemində mühüm rolunu bir daha göstərir.

Hazırda metropolitendə xətlərin ayrılması layihəsi çərçivəsində işlər davam etdirilir. Layihə başa çatdıqdan və xətlər tam ayrıldıqdan sonra qatarlar arasındakı intervalların azaldılması, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin edilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31