Türkiyə-ABŞ münasibətlərində gərginliyi artıracaq NÖVBƏTİ QƏRAR

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) silah çatdırılmasının dayandırılacağına dair söz versə də, terror təşkilatının silah tədarükü davam edəcək.

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü -red.) silah çatdırılmasının dayandırılacağına dair söz versə də, terror təşkilatının silah tədarükü davam edəcək.  ABŞ 2018-ci ildə İŞİD-lə mübarizəyə 500 milyon dollar ayrılacaq, YPG-yə isə 5 min AK-47 avtomat silahı çatdırılacaq.

"Milli Müdafiə Qanunu"na görə ABŞ 2018-ci ilin sentyabr ayına qədər Suriyada İŞİD-lə mübarizə çərçivəsində dəstəklədikləri qruplara 500 milyon dollar yardım edəcək. Bu qruplara həmçinin, 5 min ədəd AK-47, snayper tüfəngləri, ağır texnika və 21 milyon dollar maaş veriləcək.

Həmçinin, ABŞ-ın PKK-nın Suriyadakı güclərinə rabitə vasitələri çatdıracağı bildirilir.

ABŞ-ın YPG-yə verəcəyi silahlar ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən ictimaiyyətə açıqlanmasa da, Pentaqona yaxın hərbi nəşr "Military Times" (MT) siyahını dərc edib. MT-nin siyahısına görə, YPG-nin əsasını təşkil etdiyi "Demokratik Suriya Güçlərinə" ABŞ tərəfindən bu silahlar veriləcək: 6 min "Bixi", 3 min 500 "Doçka", 3 min "RPG-7" tank əleyhinə mərmi, 1000 "AT-4" və "SPG-9" yeni nəsil tank əleyhinə mərmiləri, 235 minaatan, 150 "AN/PVS 7b" gecə müşahidə gözlüyü, 150 "AN/PEQ 2" lazer qurğusu.

Brüsseldə NATO-nun baş qərargahında keçirilən toplantıya qatılan Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın PYD-yə verdiyi silahların 3 min TIR-ı keçdiyini və bu rəqəmin İŞİD-lə mübarizə ilə üst-üstə düşmədiyini bildirib.

Türkiyə KİV-i isə Ərdoğanla Tramp arasındakı telefon danışığının bəzi detallarını yayıb. Məlumata görə, Tramp telefon danışığı zamanı Ərdoğanın PYD-yə verilən silahların aqibəti barədə sualına, artıq terror qruplaşmasına silah təchizatının dayandırıldığı cavabını verib. Türkiyə prezidenti Trampa etiraz edərək "Dayandırmışıq" deyirsiniz, əvvəl 1500 TIR idi, artıq 4000 TIR olub", - deyib. Ərdoğanın reaksiyası qarşısında təəccüblənən Tramp "Dərhal əmr verirəm, dayandırıram", - söyləyib. Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31