Dövlət büdcəsinin gəlirlərində özəlləşdirmənin payı artıb
Ölkədə həyata keçirilən iqtisadi islahatlar öz müsbət nəticəsini verməkdədir. Gələn ilin dövlət büdcəsinin müzkirəsi zamanı hökumətin təqdim etdiyi hesabat bir daha əminlik yaratdı ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar düşünülmüş, ölçülüb-biçilmiş siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi sahəsində uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilməkdədir.
30 Noyabr 2017 13:16 İqtisadiyyatAzərbaycanda iri müəssisələrin özəlləşdirilməsi aparılacaq
Ölkədə həyata keçirilən iqtisadi islahatlar öz müsbət nəticəsini verməkdədir. Gələn ilin dövlət büdcəsinin müzkirəsi zamanı hökumətin təqdim etdiyi hesabat bir daha əminlik yaratdı ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar düşünülmüş, ölçülüb-biçilmiş siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi sahəsində uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar fonunda özəlləşmə prosesində də yeni yanaşmalar tətbiq edilir, əmlak idarəçiliyi müasir standartlar əsasında qurulur. Bu isə respublikanın əmlak sektoruna, o cümlədən özəlləşdirilmə prosesinə yatırılan xarici investisiyaların artmasına şərait yaradır. Ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar son nəticədə makroiqtisadi göstəricilərin habelə ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olmuşdur. Hazırda da bu məqsədlə genişmiqyaslı islahatlar həyata keçirilir. Nəticədə investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması təmin edilib. Həyata keçirilən iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində də mühüm tədbirlər reallaşdırılmaqdadır. İslahatlar silsiləsidə özəlləşdirmə prosesinə xüsusi yer ayrılması isə ölkəmizin gəlirlərinin artmasına səbəb olub. Rəsmi məlumata görə, bu günə qədər dövlət əmlakının özəlləşdirilməsi nəticəsində Azərbaycan büdcəsinə 1,1 milyard manatdan çox vəsait daxil olub. Hazırda qarşıda duran əsas məsələlrdən biri daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübənin əldə edilməsi əsas vəzifələrdəndir. Həmçinin ölkəmizdəki özəlləşmə imkanlarının və perspektivlərinin nümayişi, yerli və xarici investror kütləsinin özəlləşmə prosesinə cəlb edilməsi də həlli vacib məslələrdən hesab olunur.
Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, ölkə iqtisadiyyatının hazırki inkişaf səviyyəsinə çatmasında özəlləşdirmənin də rolu az olmamış, minlərlə dövlət müəssisəsi, on minlərlə kiçik dövlət müəssisə və obyekti uğurlu özəlləşdirmə nəticəsində sahibkarların mülkiyyətinə keçmişdir. Ölkə prezidentinin müvafiq Fərmanına əsasən özəlləşmə prosesinin müasir yanaşmalar əsasında həyata keçirilməsi, əmlak idarəçiliyində modern üsulların tətbiqi, bu sahədə şəffaflığın maksimum artırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Nəticədə bu sahədə iqtisadi fəallıq güclənmiş, biznes mühiti daha da yaxşılaşdırılmışdır. Azərbaycan əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatların nəticəsində "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 37-ci yerdən 35-ci sıraya yüksəlmişdir. Azərbaycan "Doing Business 2018" hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb. Modern idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu baxımdan daşınmaz əmlak və torpaq idarəçiliyini, özəlləşdirmə proseslərini əhatə edən 36 elektron xidmət əhalinin istifadəsinə verilmişdir. Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir, açıq hərraclar və investisiya müsabiqələri vasitəsi ilə özəlləşməyə çıxarılır.
Özəlləşdirilmə prosesində şəffaflığın daha da artırılması, potensial yerli və xarici investorlar üçün optimallığın və informasiya təminatının genişləndirilməsi məqsədilə "Özəlləşdirmə portalı" fəaliyyət göstərir. Portal vasitəsilə özəlləşməyə çıxarılan dövlət əmlakı barədə bütün iqtisadi və maliyyə göstəricilərini özündə ehtiva edən geniş spektrlı məlumatlar təqdim olunur. Portala baxış sayı artıq 1 milyonu ötmüşdür. Ictimaiyyətin, media nümayəndələrinin sərbəst iştirakı ilə müasir yanaşmalar əsasında 60-a yaxın hərrac keçirilmişdir. Bu hərraclarda 1400-dən artıq dövlət əmlakı özəlləşməyə çıxarılmışdır.
Məlumata görə, Azərbaycanda hazırda iri müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulur. Belə müəssisələrin özəlləşdirilməsinə xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Maşınqayırma metallurgiya, dəzgahqayırma, cihazqayırma, kimya, yeyinti məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mədəniyyət, idman və turizm sektorlarında özəlləşdirmə sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Onlar üçün ən əlverişli investisiya mühitinin yaradılması baxımından, özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının silinməsi və digər imtiyazlar müzakirə edilir.
Özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərrac istifadəyə verilib. Artıq özəlləşmə ilə bağlı hərraclarda iştirakçı statusu əldə etmək və prosesdə əmlaka sahib olmaq prosedurları onlayn rejimdə və elektron qaydada həyata keçirilir. Digər innovativ yeniliklərdən biri də hərrac prosesini internet resursları üzərindən canlı rejimdə izləmək imkanın yaradılmasıdır.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaşlara göstərilən ictimai xidmətlərdə əlçatanlıq artırılmış, xidmətlərdən istifadə məmnunluğu, şəffaflıq prinsipləri təmin olunmuşdur. Bu baxımdan qeydiyyata sərf olunan müddət azaldılmış və prosedurlar sadələşdirilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi elektron çıxarışın tətbiqini qeyd etmək olar. Daşınmaz əmlakın qeydiyyatını optimallaşdıran "bir pəncərə", "Əmlakın qeydiyyatı kalkulyatoru", elektron, onlayn, SMS xidmətlər, "Qabaqcadan qeydiyyat", əmlakın iqtisadi və hüquqi vəziyyəti barədə məlumatların elektron formada əldə edilməsi, mənzillərin bazar dəyərinin və çıxarışla təmin olunması mümkünlüyünün əvvəlcədən onlayn öyrənilməsi, Kütləvi çıxarış, mobil ofis xidmətləri kimi sosial və iqtisadi layihələr reallaşdırılıb. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Torpaq fondunun elmi əsaslarla idarə edilməsini şərtləndirən, habelə torpaqlar haqqında müfəssəl məlumatları özündə cəmləşdirən Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sistemi yaradılır. Artıq respublikanın 12 rayonu üzrə torpaqların elektron kadastr uçot işlərinin yekunlaşmışdır. Uçot Sistemin məlumatlarına əsasən bu regionların relyef, bələdiyyə xəritələri hazırlanmış, torpaqların keyfiyyət göstəriciləri əsasında bonitirovka və iqtisadi qiymətləndirilmə bazası yaradılmışdır.
Zəka