Ermənistan cəmiyyətinin Qarabağ reaksiyası -“Sülh gündəliyinə ziddir”- ÖZƏL

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətindən verilən reaksiyalar müzakirələrə səbəb olub. Bu reaksiyaların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə ziddiyyət təşkil etdiyi, həmçinin Qarabağdakı tarixi-mədəni irslə bağlı ziddiyyətli yanaşmaların davam etdiyi bildirilir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində verilən reaksiyanı necə qiymətləndirirsiniz və bu yanaşma Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə nə dərəcədə uzlaşır?Ermənistan tərəfinin Qarabağdakı bəzi tarixi-mədəni abidələrlə bağlı iddiaları fonunda bu cür reaksiyalar Azərbaycan-Ermənistan münasibətlərində hansı təsirlərə səbəb ola bilər?
Mövzu ilə bağlı Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Ermənistan tərəfi bu məsələni orada kim qaldırırsa, həmin şəxslər və təşkilatlar çox böyük yanlışlıq edirlər. Bu cür addımlar, davranışlar, səs-küy yaradan və yaxud yaratmaq istəyən məsələlər, hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh gündəliyinə ziddir. Ermənistan üçün çox ciddi şəkildə problem yaradacaq bir məsələdir. Əgər Ermənistan Azərbaycanla anlaşmaq istəyirsə, bu istiqamətdə mesajlar verirlər, fikirlər səsləndirir, görüşlər keçirirlər, sülh sazişi paraflanıb, bildirirlər ki, biz bu məsələdə iradə qoyuruq ortaya. O zaman bu cür səs-küy, bu cür davranışlar, etirazlar anlaşılan məsələ deyil.
Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi tədbirlər də keçirə bilər, görüşlər ola bilər, diplomatlar da gələ bilər, başqa işlər də görülə bilər. Onların Ermənistana heç bir aidiyyəti yoxdur.
Ermənistanda bu məsələlərin heç bir aidiyyəti olmayacaqdır bundan sonra. Yəni, bu gündəlik ermənilər üçün bağlanıbdır və belə davranışlar Azərbaycan-Ermənistan münasibətlərində, sülh gündəliyi prosesində, gələcəkdə münasibətlərin tənzimlənməsi məsələlərində çox ciddi şəkildə problemlər yarada bilər. Ona görə də ermənilərə diqqətli olmağı tövsiyə edirik".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31