Gündəm

Taylandda 6 nəfər seldə öldü - Yağış dayanmır...

30 Noyabr 2017 14:22

Taylandda noyabrın 25-dən yağmağa başlayan aramsız yağışlar fəsadlara yol açıb. Məlumata görə, Taylandın Təbii fəlakətlərin aradan qaldırılması Departamentinin direktoru Çayyapxon Txitxisak daşqınlar nəticəsində 6 nəfərin ölməsi faktını təsdiqləyib. Onun sözlərinə görə, daha 385 nəfər sel sularından ziyan çəkib.

Ermənistan nümayəndə heyəti QDİƏT PA-nın iclasını tərk etdi

30 Noyabr 2017 14:20

Ermənistan nümayəndə heyəti Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasını tərk edib. Məlumata görə, onlar iclas zamanı Ukrayna nümayəndə heyətinin bəyannaməyə təklif etdiyi “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ərazi bütövlüyünün bərpasına kömək göstərmək” barədə düzəlişə etiraz edərək iclası tərk ediblər.

Fransa prezidenti Ermənistana gələcək

30 Noyabr 2017 14:12

Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək. Bu barədə Fransanın Yerevandakı səfiri Jonatan Lakot Ermənistanın iqtisadiyyat və sərmayə naziri Suren Karayanla görüşdə məlumat verib.

Elmar Məmmədyarov Vyanada Nalbandyanla görüşəcək

30 Noyabr 2017 14:08

“Dekabrın 6-da həm həmsədrlərlə, həm də Errmənistan xarici işlər naziri ilə görüşəcəyəm”. “Olaylar” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.

Məleykə Əsədovanın Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə məhkəmə başlayıb

30 Noyabr 2017 14:03

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məlumata görə, məhkəmədə anket məlumatlar dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 19-na təyin edilib. R. Məlik  açıqlamasında barışıq tərəfdarı olduğunu deyib.

"Həyatımda elə kişi var ki, ikinci kişiyə ehtiyac duymuram" - Afaq Aslan

30 Noyabr 2017 14:00

Bu gün "Səhər-Səhər" verilişinin qonaqlarından biri tez-tez açıq-saçıq şəkilləri ilə gündəmə gəlməyə çalışan Afaq Aslan olub. Gənc ifaçı verilişdə qadın hesabına yaşayan kişilərə söz atmadan keçməyib: "Hər bir kişi pul qazanmağın yollarını tapmağı bacarmalıdır. Əziyyət çəkməlidir. Qadın pul qazanıb onu saxlamayacaq ki. Həyatında olan qadını kişi kimi təmin eləməlisən. Qadın hesabına yaşayan kişiləri mən qəbul eləmirəm".

Vüqar Muradov aparıcını söydü - çəkilişdə biabırçılıq

30 Noyabr 2017 13:59

SPACE telekanalında, aparıcı Şəbnəm Turanın təqdimatında yayımlanan “Nahara qədər dedi-qodu” verilişinin çəkilişi zamanı insident yaşanıb. Məlumata görə, çəkilişdə qonaq olan müğənni Vüqar Muradovla aparıcı arasında dava düşüb. Buna Ş.Turanın müğənniyə estetik əməliyyatla bağlı verdiyi sual səbəb olub. Sualdan qəzəblənən Vüqar özündən çıxaraq ayağa qalxıb, söyüş söyüb, aparıcını təhqirlərə məruz qoyaraq, studiyanı tərk edib. “Bu saat buraları dağıdaram, mənə belə sual verən adamı yox edərəm” deyən müğənni çəkiliş heyəti tərəfindən güclə sakitləşdirilib və yenidən studiyaya qaytarılıb.

İstehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi müzakirə edilib

30 Noyabr 2017 13:50

İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili məqsədilə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə Nazirlikdə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

Çindən 1 milyon ədəd tut tingləri gətirilib

30 Noyabr 2017 13:47

2017-ci il 29 noyabr tarixində Çin Xalq Respublikasından 1 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respubli kamıza gətirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən mlumata görə, tut tinglərindən ibarət yüklərin Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınmış və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 38 rayona paylanılacaq.

Emin Sabitoğlunun 80 illik yubileyi

30 Noyabr 2017 13:44

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Paytaxta su fasilələrlə veriləcək

30 Noyabr 2017 13:41

Bakı şəhəri Nizami rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərsu” ASC-dən daxil olub. Bildirilib ki, içməli suyun verilməsində məhdudiyyət noyabrın 30-da, gün ərzində tətbiq ediləcək. Səbəb Nizami rayonu ərazisində inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulmasıdır.

Gənclərin peşə seçiminə istiqamət verilir

30 Noyabr 2017 13:39

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbirlər keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Təhsil Nazirliyinin razılığına əsasən, Dövlət Məşğulluq Xidməti və “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərmək və övladlarını yaradıcı əməyə hazırlamaq, onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynləri məlumatlandırmaqdan ibarətdir. 

Mübariz Qurbanlı: “Azərbaycanda din amilindən istifadə edib qarşıdurma yaratmaq mümkün deyil”

30 Noyabr 2017 13:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib. Konfransda Dövlət Komitəsi və Gənclər Fondunun rəhbərliyi, dini icma sədrləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

PA rəsmisi: Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir

30 Noyabr 2017 13:31

Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir. Məlumata görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Bakıda keçirilən "İslam həmrəyliyinin güclənməsində medianın rolu" konfransında çıxışında deyib.

Dövlət Komitəsi: Bakıda məzarlıqlarda yer çatışmazlığı yarana bilər

30 Noyabr 2017 13:29

Nazirlər Kabineti “Məzarlıqlar haqqında” qanun layihəsinə baxdıqdan sonra yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və s. məsələlər həmin qaydalara uyğun tənzimlənəcək. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.