Taylandda 6 nəfər seldə öldü - Yağış dayanmır...

Taylandda noyabrın 25-dən yağmağa başlayan aramsız yağışlar fəsadlara yol açıb. Məlumata görə, Taylandın Təbii fəlakətlərin aradan qaldırılması Departamentinin direktoru Çayyapxon Txitxisak daşqınlar nəticəsində 6 nəfərin ölməsi faktını təsdiqləyib. Onun sözlərinə görə, daha 385 nəfər sel sularından ziyan çəkib.

Məlumata görə, əsasən Narativat və Yalla rayonlarında yaşayış məntəqələri su altında qalıb. Həmin ərazilərdə yolların sel suları ilə yuyulması nəqliyyatın hərəkətini iflic edib. Ölkə meteoroloqları yağışların hələ həftə sonuna qədər davam edəcəyini proqnozlaşdırıblar. Olaylar.az Trend-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31