Gündəm
Cocuq Mərcanlı sakinlərinin məşğulluq məsələsi həllini tapacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yerli əhalinin səmərəli məşğulluğuna əlavə dəstək verilməsi, xüsusən kənddə özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə fərdi təsərrüfatların qurulması üçün aktiv məşğulluq tədbirlərinə hazırlıq işləri aparır.
Daxili orqanında narkotik vasitə aşkarlandı
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Vergilər Nazirliyində yeni təyinat
Vüqar İsmayılov Azərbaycan vergilər naziri Fazil Məmmədovun vergi cinayətlərinin ilkin araşdırması məsələləri üzrə müşaviri təyin olunub.“Olaylar”ın məlumatına görə, bundan əvvəl V.İsmayılov nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru vəzifəsində işləyib.Qeyd edək ki, hazırda vergilər nazirinin 14 müşaviri fəaliyyət göstərir.
Rəsmi Bakının uğurlu xarici siyasət kursu
Azərbaycanın regionda artan gücü və nüfuzu getdikcə onun beynəlxalq aləmdə də siyasi çəkisinin artmasına gətirib çıxarır. Artıq dünyanın əksər ölkələri Cənubi Qafqazda məhz Azərbaycan amilinə üstünlük verərək bizimlə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirməyə maraqlı görünürlər.
Bakcell şirkəti developerlər üçün “Pitçinq” üzrə master-klass təşkil edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçısı olan developerlər üçün daha bir təlim təşkil edib.
Azərbaycan Pakistandan təlim təyyarəsi alacaq
Azərbaycan və Pakistan təlim təyyarələrinin alışı üzrə saziş imzalayacaqlar.“Olaylar” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Mövlud Çavuşoğlu: “Türkiyə daim Azərbaycanın və Pakistanın yanında olacaq”
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir probleminin həllində daim Azərbaycanın və Pakistanın yanında olacaq.“Olaylar” xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Türkiyəli nazir əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Türkiyə tərəfi həmsədr ölkələri daha fəal və səmimi olmağa çağırıb.
Tikinti şirkəti müştəriləri belə aldadır - VİDEO
İngiltərənin Vest-Oksford səmtində tikilən "Beaumont Gate" 6 dəbdəbəli villadan ibarətdir. "CALA Homes" inşaat şirkəti komplekslə bağlı reklam videoçarxı hazırlayıb. Kompleksdəki villalar 1,3 milyon funt-sterlinqlik minimal qiymətlə satılır. Vest-Oksford bələdiyyəsinin müşavir Suzanna Pressel isə deyib ki, Tventi Paund Medou-da tikilən kompleksin reklamında fotoşopdan gen-bol istifadə olunub.
Mövlud Çavuşoğlu: “Terrorçuların islamı əllərində vasitəyə çevirmələrinə imkan verməyəcəyik”
“Bu üçlü mexanizmin qurulmasından çox məmnunuq”. Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Nazirlər hansı məsələdə razılığa gəldilər?
Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilib. Xarici İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlər dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə ediblər. Görüşdə Bakı Bəyannaməsi qəbul edilib.
Xəzərin hüquqi statusu ilə bağlı nazirlər səviyyəsində növbəti görüş dekabrın 4-5-də keçiriləcək
Xəzər dənizinin hüquqi statusu ilə bağlı xarici işlər nazirləri səviyyəsində növbəti görüş dekabrın 4-5-də olacaq. Məlumata görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
Azərbaycanda polis rəisi qəzaya düşdü: ölənlər var - ADLAR
Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib. Ağdaşın Xosrov kəndi ərazisində iki minik avtomobili toqquşub, iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər
Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri arasında çox intensiv məsləhətləşmələr keçirilib.“Olaylar” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib ki, üçtərəfli görüş bizim münasibətlərimizdə daha bir mərhələdir:”Biz əmtəə dövriyyəsini artırmaq barədə razılığa gəldik.
Çavuşoğlu: "Afrin istiqamətindən təhdidlər artsa, tərəddüdsüz ora daxil olarıq"
"Türkiyə Təhlükəsizlik Şurasının toplantısında Suriyanın Afrin bölgəsindən qaynaqlanan təhdidləri dəyərləndirdik". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və pakistanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Azərbaycan və Türkiyə arasında təhlükəsizlik, hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub
Noyabrın 30-da Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.












