Mövlud Çavuşoğlu: “Türkiyə daim Azərbaycanın və Pakistanın yanında olacaq”
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir probleminin həllində daim Azərbaycanın və Pakistanın yanında olacaq.“Olaylar” xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Türkiyəli nazir əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Türkiyə tərəfi həmsədr ölkələri daha fəal və səmimi olmağa çağırıb.
30 Noyabr 2017 14:41 SiyasətTürkiyə Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir probleminin həllində daim Azərbaycanın və Pakistanın yanında olacaq."Olaylar" xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Türkiyəli nazir əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Türkiyə tərəfi həmsədr ölkələri daha fəal və səmimi olmağa çağırıb.
Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.