Gündəm

“Mersedes” piyadanı vurub öldürdü

30 Noyabr 2017 15:41

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 29-da saat 23 radələrində Gəncə şəhərinin Nizami prospektində rayon sakini Bəxtiyar Nadirli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Rüstəm Bağırovu və Siyavuş Nəcəfovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən S.Nəcəfov orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Oğurluğu peşə seçən keçmiş məhkum tutulub

30 Noyabr 2017 15:40

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisindəki 1 həyətyanı sahədən, 1 “Mercedes” markalı avtomobildən, 1 çay evindən, 1 gözəllik salonundan, 2 evdən pul, məişət əşyaları, inşaat materialları və su mühərriki oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Adığözəlov tutulub.

Lənkəran, İsmayıllı və Oğuzda qanunsuz fəaliyyət göstərən kömür quyuları aşkarlandı

30 Noyabr 2017 15:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib. 

Afaq Aslan aparıcını aldatdı: “Lüt şəklim yoxdur” - Fakt FOTOLAR

30 Noyabr 2017 15:36

Müğənni Afaq Aslanın yalanı üzə çıxıb. Müğənni ARB TV-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olub. Aparıcı Elgiz Əkbər müğənniyə lüt şəkillərinin olub-olmaması ilə bağlı sual ünvanlayıb. Afaq Aslan cavabında lüt şəkillərinin olmadığını söyləyib: "Çimərlik geyimində şəkillərim var.

Qadının evindən 5 minə yaxın pul oğurlandı - Qonşusu...

30 Noyabr 2017 15:33

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.

DİM: Bəzi dövlət orqanlarında vakant vəzifələr barədə DİM-ə məlumat verilmir

30 Noyabr 2017 15:22

Dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı araşdırma aparılıb. Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının noyabrın 29-da keçirilmiş iclasında bildirib ki, araşdırma nəticəsində məlum olub ki, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə DİM-ə məlumat verilməməsi halları mövcuddur. 

Tütün istehlakının məhdudlaşdırılması haqqında Qanun siqaret çəkənlərin sayını azaldacaqmı?

30 Noyabr 2017 15:18

Son illər cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də tütün istifadəçilərinin sayının artmasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hər bir cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da bu xoşagəlməz halda artım dinamikası özünü göstərməkdədir. Vəziyyət o dərəcədə acınacaqlı hal alıb ki, orta ümumtəhsil müəssisələrinin yaxınlığında belə siqaret və digər tütün məmulatlarının satışı, eyni zamanda reklamı həyata keçirilir.

Baş nazirin müavini iş adamlarına çağırış etdi: “Qara mühasibatlığ”a yol verməyin”

30 Noyabr 2017 15:16

“Azərbaycan hökuməti iş adamları üçün əlverişli şərait yaradıb”.  Məlumata görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib. Ə. Əhmədov bildirib ki, iş adamları öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalıdırlar: “İş adamlarına çağırış edirik, onları dəvət edirik ki, qeyri-rəsmi məşğulluq ənənələrindən imtina etsinlər, “qara mühasibatlığ”a yol verməsinlər, öz işlərini qanunvericiliyə uyğun şəkildə qursunlar.

“Azərbaycanla Pakistan arasında birbaşa hava xəttinin bərpası əlaqələri daha da gücləndirəcək”

30 Noyabr 2017 15:14

“Qərara gəldik ki, Pakistan, Azərbaycan və Türkiyə olaraq üçtərəfli formatdan daha geniş istifadə edək”.   Bu sözləri Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda azərbaycanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib: “Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər.

Penitensiar xidmətdə daha bir dəyişiklik - Yeni rəsi təyin edildi

30 Noyabr 2017 15:12

Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. Məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib. C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.

19 yaşlı qız sevgilisi getməsin deyə “qatara bomba qoyulub” dedi…

30 Noyabr 2017 15:07

Rusiyanın Novosbirsk şəhərində 19 yaşlı qız sevgilisinin getməsinə mane olmaq üçün qatara bomba qoyulması ilə bağlı yalan informasiya verib.

Əlillərin stolüstü idman oyunları  üzrə V Ümumrespublika yarışlarının qalibləri mükafatlandırılıb

30 Noyabr 2017 15:05

Əlilliyi olan şəxslərin ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil etdiyi Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları başa çatıb və 3 Dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində yarışların qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai birliklərinin nümayəndələri iştirak edib.

Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi

30 Noyabr 2017 15:01

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi” tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Muzeyin şöbə müdiri Xanım Abdinova Emin Sabitoğlunun həyat və yaradıcılığı haqqında danışıb.

Zakir Həsənov Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb 

30 Noyabr 2017 14:59

Noyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, general H.Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.