Gündəm
Putinlə Ruhani Suriyada qələbə qazandı - Həriri
Suriyadakı müharibəni Bəşər Əsəd yox, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani udub. Bunu Fransa mətbuatına müsahibəsində Livan Baş naziri Saad Həriri söyləyib. “Əsəd qalib gəlmədi.
Ordu dağılır: Sərkisyan iki generalı istefaya göndərdi
Ermənistan müdafiə naziri iki generalı vəzifəsindən azad edib. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat istefaya göndərilənlərin Baş qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqramyan və general-leytenant Stepan Qalstyan olduğunu bildirib.
“Yeyəsən qaz ətini, görəsən ləzzətini”- Tələbələrin təqdimatında
Noyabrın 30 – da Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyi Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış tamaşasını təqdim edib. Olaylar.az bildirir ki, kollecdə keçirilən premyerada tədris ocağının direktoru Qulu Novruzov Bilik Fondu ilə əməkdaşlığın müəllim və tələbələr tərəfindən razılıqla qarşılandığını vurğulayaraq, həyata keçirilən birgə maarifləndirici layihələrin səmərəsindən danışıb.
Ermənistanın Avropaya uzanan əlləri kəsilir
Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşmasını imzalaması “ağa”sı tərəfindən hiddətlə qarşılanıb. Belə ki, Rusiyanın məsələyə münasibəti o qədər sərt olub ki, hətta himayədarı olduğu ölkəni və onun dövlət başçısını təhqir etməkdən çəkinməyib. Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.
Erməni siyasi məhbus: “Məni yavaş-yavaş öldürürlər”
Qiyamçı “Sasna Tsrer” qrupunun həbs edilmiş üzvü Karo Yeqnukyan bildirib ki, Ermənistan hakimiyyəti onu öldürmək istəyir. Virtualaz.org xəvbə5r verir ki, bu barədə o, “Sasna Tsrer”in 11 üzvünün işinə baxılan məhkəmənin iclasında deyib.
ABŞ məhkəməsi bitkoin köçürmələri edənlərin adlarının açıqlanmasını tələb edib
ABŞ-ın Kaliforniya ştatının Federal məhkəməsi “Coinbase” bitkoin birjasından özünün 14 min 355 müştərisinin adlarının açıqlanmasını tələb edib. Məhkəmə birjadan indiyə qədər elektron valyuta ilə anonim olaraq 20 min dollardan artıq həcmdə köçürmə etmiş şəxslərin adlarının açıqlanmasını istəyib.
Əflatun Amaşov QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının sessiyasında iştirak edib
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 50-ci sessiyasında çıxış edib.
“Ya fahişəm ol, ya da boşan”
Ailə boşayan hakimlərə böyük iş düşür. İş deyəndə, tərəfləri dinləmək üçün səbr, vəziyyətdən çıxış və ya boşanmadan qaçmaq üçün öyüd- nəsihət. Məhkəmədə hakimlər də artıq bezib. İnanın, bezənlər var, biri hətta çıxış zamanı mübahisə edən ər-arvada "boşanırsız boşanın, yemək yeyib dərman atmalıyam" deyib.
Yumurtanın qiymətini kim qaldırır?
Ölkədə quşçuluq broylerlərində yumurtanın qiyməti bahalaşmayıb. Bu barədə Açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib. Onun sözlərinə görə, broyler fabriklərində yumurtanın qiyməti sabit olaraq qalır: "Broylerlərdə yumurtanın qiyməti 11 qəpikdir. Bu qiymət neçə vaxtdır ki, dəyişməz qalıb. Biz yemi xaricdən dollarla alsaq da, qiymət artımı etmirik. Yumurtanın qiymətini mağazalar, sakibkarlar özləri bahalaşdırır. Bunun bizə aidiyyəti yoxdur. Bizdə normal yumurta 11, bir az böyük olan yumurtalar isə 12 qəpikdir".
Eyni vaxtda 20 futbolçu ilə sevgili imiş...
Rumıniya çempionatında mübarizə aparan “Styaua”nın yarımmüdafiəçisi Ovidu Popesku ilə sevgili olduğu üzə çıxan Ada Hululey ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Ebru Gündeş Rza Zərrabın xəyanətini bağışladı
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin amerikada həbsdə olan həyat yoldaşı Rza Zərrabdan boşanacağına dair xəbərlərə aydınlıq gətirilib. Ebru Gündeşin vəkili məlumatları yalanlayaraq müğənninin Rza Zərrabdan ayrılmayacağını, onu bağışladığını deyib.
“Bu ilin sonunadək manatın ucuzlaşacağını düşünmürəm” - Deputat
Bu il Azərbaycan üçün asan olmayıb. Çünki müəyyən problemlər, xüsusilə də 2015-ci ildə olan devalvasiya iqtisadiyyata təsirini göstərdi. Azərbaycanın siyasi həyatında müəyyən dəyişikliklər olub, struktur dəyişikliyi aparılıb. 2016-cı ilin dekabrında qəbul edilmiş "Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2017-ci ildə müəyyən işlər həyata keçirildi.
Binəqədi şosesində hərəkət yenə məhdudlaşdırılır
Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Artıq hər kəs Avropada işləyə biləcək
Azərbaycan vətəndaşlarının Avropada işlə təmin olunması ilə bağlı daha bir addım atılıb. “OLAYLAR”-ın xəbərinə görə, yeni yaradılan "Work In Europe” şirkəti ölkə ölkə vətəndaşlarının Avropada rahat işlə təmin olunması ilə bağlı bütün öhdəlikləri öz üzərinə götürür. Şirkətin əsas üstünlükləri bunlardır. A1 sənədi vasitəsi ilə Avropanın digər ölkələrinə iş transferi edilir. Harada işləmənizdən asılı olmayaraq sosial müdafiə xərcləriniz Polşada şirkət tərəfindən ödənilir. İşçilərin bütün mühasibat və kadr işləmlərini şirkət tam üzərinə götürür. İşçilərin Polşada qarşılanması, ilkin sənədlərin hazırlanmasını şirkət təmin edir. Viza alınmasına dəstək verilir. Şirkətin Avropada rəsmi tərəfdaşı "Azerland”iş agentliyidir.
Kafeni qarət edən yeniyetmənin qolları qandallanıb
Bakı şəhərində fəaliyyət göstərən kafelərin birində oğurluq hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki kafelərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini olan 1 yeniyetmə saxlanılıb. Faktl bağlı araşdırma aparılır.














